119 seçki dairəsi üzrə seçki məntəqələrində veb-kameralar quraşdırılıb
Gündəm

119 seçki dairəsi üzrə seçki məntəqələrində veb-kameralar quraşdırılıb

Bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı 1 000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. 

"Respublika" "secki-2024.az" saytına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

 O qeyd edib ki, əvvəlki illərdəki təcrübəyə sadiq qalaraq, 119 seçki dairəsi üzrə seçki məntəqələrindəki prosesləri izləmək məqsədilə veb-kameralar quraşdırılıb: “Bu dəfə həmin 1 000 məntəqədə yerləşdirilən kameraların həm görüntü almaq qabiliyyəti, həm proqram təminatı yaxşılaşdırılıb. Səsvermə günü prosesin internet üzərindən onlayn izlənməsi həyata keçiriləcək”.