Xətai rayon sakini müraciətinin müsbət həllinə görə prokurorluq əməkdaşlarına minnətdarlıq edib
Digər xəbərlər

Xətai rayon sakini müraciətinin müsbət həllinə görə prokurorluq əməkdaşlarına minnətdarlıq edib

Özünü paytaxtın Xətai rayonu ərazisində yerləşən “Sincab” uşaq bağçasının müdirəsi kimi təqdim edən Nuray adlı şəxs tərəfindən dələduzluq yolu ilə pullarının ələ keçirilməsi ilə bağlı vətəndaş Məmmədova Nigar Şəmşir qızı və qeyriləri Xətai Rayon Prokurorluğuna müraciət ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplanmış material üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işinin başlanaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Prokurorluğa müraciət edən Məmmədova Nigar Şəmşir qızı minnətdarlığının əks olunduğu videoçarxı Baş Prokurorluğun sosial şəbəkə hesabına göndərərək ictimailəşdirilməsini xahiş edib.

Həmin videoçarx Baş Prokurorluğun mətbuat xidməti tərəfindən #sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunub.

AZƏRTAC