QƏRBİ AZƏRBAYCANDA MİLLİ ADƏT-ƏNƏNƏMİZİ YAŞADIRDIQ
Digər xəbərlər

QƏRBİ AZƏRBAYCANDA MİLLİ ADƏT-ƏNƏNƏMİZİ YAŞADIRDIQ

Son əsrlərdə Qarabağa əvvəlcə sığınacaq adı altında yerləşdirilmiş ermənilər sonralar özlərini o yerlərin sahibi hesab etmişlər.

XX əsrdə köçürülmə siyasəti daha geniş vüsət almışdır. Lakin bu, bir həqiqətdir ki, ermənilərin hər cür təsirinə və həyata keçirdikləri bəzi iyrənc əməllərinə baxmayaraq, azərbaycanlılar öz ata-baba yurdlarında heç vaxt ermənilərin qarşısında əyilməmişlər. Nə qədər qadağalar qoyulsa da, xalqımıza məxsus bütün adət-ənənələr qorunub saxlanılmışdır. İstər dini tədbirlər, istərsə də şənliklər, eləcə də milli bayramlarımız qeyd olunmuşdur.

Sözsüz ki, xalqımıza qarşı daim kin-küdurət bəsləyən, qaniçən bir millətlə yanaşı yaşayaraq, dinimizi, dilimizi, adət-ənənələrimizi, milli mədəniyyətimizi qoruyub saxlamaq o qədər də asan deyildi. Məlumdur ki, istənilən dövrdə erməniləri dəstəkləyən, onlara hər cür yardım edən, necə deyərlər, onları bəsləyən ermənipərəst ölkələr mənfurların əliylə müxtəlif təxribatlar törətmişlər. Birlikdə zaman-zaman insanları vəhşicəsinə elindən, obasından qovmağa nail olublar. Ən faciəli olaylar isə 1988-ci ildə baş veribdir. Dinc əhalinin üzərində insanlığa sığmayan hərəkətlər ediblər. Günahsız milləti diri-diri dəmir borulara dolduraraq ağzını qapamışlar.

Qərbi Azərbaycanın yurd yerlərinə nəzər saldıqda bir dənə də olsun erməni adına rast gəlinmirdi. Ermənilər təcili surətdə yer adlarını dəyişməklə xalqımıza məxsus əbədi, əzəli yaşayış məskənlərinə erməni adları qoymaqla bu yerlərin onlara məxsus olması iddiasını irəli sürürdü. Onlar bu iyrənc əməllərini Qarabağ və digər işğal etdikləri rayonlarda da həyata keçirmişdilər.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması ermənilərin o müqəddəs torpaqlarda at oynatmasına son qoydu. Müzəffər Ordumuzun əsgərləri hazırda Vətənimizin sərhədlərində mətin dayanmışlar. Bu açıq həqiqətdir ki, Ermənistan adlanan qurma bir dövlət bizim müqəddəs torpaqlarımızın üzərində qurulmuşdur. Belə bir atalar misalı var: özgə atına minən tez düşər. Ermənilərin atdan düşməsi bir az gec olsa da, heç şübhəsiz yaxın vaxtlarda baş tutacaqdır.

Bu günlərdə Azərbaycan Prezidenti, Qalib Ordunun Ali Baş Komandanı İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü tarixi və möhtəşəm bir hadisədir. Bu görüşdə dövlət başçımızın çıxışı Azərbaycan torpaqlarının bəzi ölkələr tərəfindən ədalətsiz formada ermənilərə verilməsi deyilir. Bununla bağlı dövlət başçısı barışmaz mövqedə durduğunu bir daha təsdiq etdi. Vurğuladı ki, mən əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Prezidentin inamla söylədiyi bu kəlamlar onun bu işdə israrlı olduğunun bariz nümunəsidir. Necə ki, dövlət başçısı əslən Qarabağ və ətraf rayonlardan olan vətəndaşlarımıza verdiyi sözün üstündə durdu. İndi işğaldan azad olan yerlərə əhalinin qayıdışına start verilmişdir.

Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş irimiqyaslı quruculuq işləri aparılmış və bu proses davam etdirilir. Artıq Zəngilanın Ağalı kəndinin sakinləri öz vətənlərinə qayıdaraq firavan həyat sürürlər. Dövlət başçısının çıxışında bir hissəyə də nəzər salaq. "Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir".

Bu, əsl həqiqətdir. Bütün haqsızlıqlara baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, xalqımızın ən müqəddəs bayramı, yaranış tarixi qədimlərə təsadüf edən Novruz bayramı yüksək coşqu ilə qeyd olunurdu. Hər il mart ayının əvvəllərindən başlayaraq soydaşlarımız milli bayrama hazırlıq işləri aparırdı. Mart ayının sonunadək bu bayram qeyd olunurdu.

Bununla yanaşı, Qurban bayramı və xalqımıza məxsus olan digər bayramlar da yüksək səviyyədə keçirilirdi. Ermənilərin vəhşiliyinin nəticəsində bu gün Qərbi azərbaycanlılar ölkəmizin bir çox şəhər və kəndlərinə, hətta Orta Asiyaya və digər yerlərə səpələnmişlər. Qərbi azərbaycanlılar yaxşı bilir ki, Prezident İlham Əliyev hər dediyi sözün arxasında dayanır və dediklərini əməli ilə sübut edir. Bu baxımdan əslən Qərbi Azərbaycandan olan, kiçikdən-böyüyə hər kəs əzəli-əbədi torpaqlarına, qədim Oğuz yurduna qayıdacaqlarına tam əmindir. O gün çox da uzaqda deyil.

Vəli VƏLİYEV,

"Respublika".