Qalibiyyət rəmzi üçrəngli bayrağımız
Digər xəbərlər

Qalibiyyət rəmzi üçrəngli bayrağımız

Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi. Eyni zamanda, bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü. Vətən müharibəsinə qədərki dövr ərzində ölkə başçımız müzəffər ordumuz daim xalqa stimul verirdi. Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı soydaşlarımızın qəlbindəki yurd həsrəti daha bir az əriyirdi.

Həmin dövr ərzində baş vermiş Aprel döyüşləri Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı dövləti heç vaxt işğalla barışmayacaq öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Aparılan əməliyyatlar zamanı təkcə Naxçıvanda 11 min hektar torpağa tam nəzarəti bərpa etdik. Naxçıvanın 1990- illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərdi. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Azərbaycan əsgəri, zabiti, generalı əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərərək Azərbaycan xalqının bu işğalla barışmayacağını göstərmişdir. Bununla yanaşı, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar miflər darmadağın edildi. Rəşadətli Azərbaycan ordusu onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yararaq məhv etdi.

Prezident İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda əminliklə bəyan etdiyi fikirlər bizə gələcəkdən xəbər verirdi: "Gün gələcək bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq yaxınlaşdırırıq". Həmin paradda 2016- ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanında nümayiş etdirildi. Daha sonra isə 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər paradında ölkə başçımızın səsləndirdiyi fikirlər reallığa çevrildi. Tarix boyu bu meydanda keçirilən paradlardan fərqli olaraq Zəfər yürüşümüzün öz müqəddəs yeri var: "Bu, Zəfər paradıdır. Demişdim ki, gün gələcək bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq ancaq irəli gedəcəyik".

Hərbçilərlə mütəmadi görüşlər əsnasında Ali Baş Komandan həmişə deyirdi ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə oldu. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti döyüş meydanında təmin etdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Dövlətimizin başçısı 2021-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər şəxsi heyətinin bir qrupu ilə görüşündə bu barədə danışarkən qeyd edirdi ki, Silahlı Qüvvələr Gününü müzəffər Ordu kimi, qalib xalq kimi qeyd edirik.

Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarında urbisid həyata keçirib, mədəni-tarixi irsimizi məhv edib, qanunsuz məskunlaşma aparmışdır. Dünyanın hər bir nöqtəsindən azad edilmiş ərazilərə dəvət edilən rəsmilər, diplomatlar, ekspertlər, jurnalistlər erməni vandalizmini, vəhşiliyini öz gözləri ilə görərək, heyrətlərini gizlətmirlər. Hətta müharibələr görmüş jurnalistlər, fotoqraflar belə vəhşiliklə ilk dəfə qarşılaşdıqlarını etiraf edirlər. Məhz buna görə əsgər zabitlərimiz ürəklə, həvəslə ölümü belə, göz ardına alaraq torpaqlarımızın işğaldan azad olunmasına töhfə verməyə can atırdı. Dağlıq ərazidə əsgərlərin, zabitlərin çətinliklərə baxmayaraq, düşmənə qalib gəlməsi qürurvericidir. Bu Zəfər yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Qələbəsi deyildi. Bu, bütün Azərbaycan xalqının Qələbəsi idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. Müzəffər Ali Baş Komandanımızın "Dəmir yumruğ"u, onun iradəsi, apardığı siyasət bizim məqsədimizə nail olmağımıza böyük təkan verdi.

Prezidentimiz iqtisadiyyatı ordumuzu gücləndirərək, diplomatik müstəvidə illər boyu yorulmadan fəal təsirli apararaq, xalqımızı öz ətrafında yumruq kimi birləşdirərək Qələbəni addım-addım yaxınlaşdırdı. Ulu öndərin vəsiyyətini yerinə yetirərək bizi doğma Qarabağımıza qovuşdurdu. Azərbaycanı qalib ölkəyə çevirdi, adını tariximizə qızıl hərflərlə yazdırdı. Möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq daim yüksəklərdə dalğalanan üçrəngli bayrağımız Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, dəyişməz mövqeyinin, uğurlu gələcəyinin bələdçisidir. Azərbaycan bu gün quruculuqla, sülhyaratma ilə məşğuldur, dünyaya verdiyi mesajlar bunlardır. Regionda gərginliyin qalmasında maraqlı olan Ermənistan isə qəbilə, vəhşi təfəkkürünü davam etdirir, təxribatlara əl atır.

Nurlan ABDALOV,

"Respublika".