Milli Məclisin sədri parlamentin fəaliyyətini işıqlandıran media nümayəndələri ilə görüşüb
Digər xəbərlər

Milli Məclisin sədri parlamentin fəaliyyətini işıqlandıran media nümayəndələri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova martın 15-də parlamentin iclasından sonra ali qanunvericilik orqanının fəaliyyətini işıqlandıran media nümayəndələri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova jurnalistləri Novruz Bayramı münasibətilə təbrik edərək, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Parlament-media münasibətləri barədə fikirlərini bölüşən Sahibə Qafarova ölkəmizin son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlarından, Vətən müharibəsindəki Zəfərindən, parlamentdə gələcəkdə görüləcək işlərdən, ölkə rəhbərliyi tərəfindən mediaya göstərilən diqqətdən danışıb.

Görüşdə çıxış edən parlamentdə akkreditə olunmuş jurnalistlər Milli Məclisin sədrini Novruz Bayramı münasibətilə təbrik edərək, pandemiya dövründə onların fəaliyyəti üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər. Jurnalistlər ali qanunvericilik orqanının fəaliyyətini, ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirib, parlamentin işinin işıqlandırılması barədə fikirlərini bölüşüblər. Həmçinin Milli Məclisin sədrinə, deputatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

AZƏRTAC