BMU tələbələri şəhidlərin məzarlarını ziyarət ediblər
Sosial həyat

BMU tələbələri şəhidlərin məzarlarını ziyarət ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Zəfər Günü ərəfəsində Şəhidlər xiyabanı və II Fəxri Xiyabanda şəhidlərin məzarlarını ziyarət ediblər.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarlarına gül dəstələri qoyulub.

Tələbələrə Vətən müharibəsində həlak olan şəhidlərin döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, şəhidlərin qanı və canı hesabına 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu tarixi Qələbəyə imza atıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Şəhidlərin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı, onların ömür yolunun gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.       

                                                             BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi.