Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2021-ci il üçün doktoranturaya və dissertanturaya qəbul  ELAN EDİR
Reklam və elanlar

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2021-ci il üçün doktoranturaya və dissertanturaya qəbul ELAN EDİR

Doktoranturaya qəbul “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli, 356s nömrəli sərəncamı ilə təsdiq olunmuş doktoranturaya qəbul planına əsasən 2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 26 iyul 2021-ci il - 01 sentyabr 2021-ci il hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Təhsil və elmi təşkilati şöbəsində qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Sənədlərlə iş şöbəsinə təqdim olunmalıdır:

- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədrinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən və ya fakültədən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (referata rəy tələb olunur);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Sənədlərlə iş şöbəsinə təqdim olunmalıdır:

- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədrinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- müdafiədən sonra çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olmaq istəyən iddiaçı aşağıdakı sənədlər “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Sənədlərlə iş şöbəsinə təqdim etməlidirlər:

- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədrinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (referata rəy tələb olunur)

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.

Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olmaq istəyən iddiaçı aşağıdakı sənədlər “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Sənədlərlə iş şöbəsinə təqdim olunmalıdır:

- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədrinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əm

ək kitabçasından çıxarış;

- müdafiədən sonra çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Ünvan: Abşeron rayonu, Bakı-Şamaxı şosesinin 20-ci km, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Elmi-praktik və tədris məqsədli təcrübi istehsalat kompleksi

Mərkəzin Coğrafi kordinatları:

Ş 40o 25’ 47.44”

C 49o 40’ 06.27”

tel: (+994 12) 341 01 84

fax: (+994 12) 341 01 82

E mail: [email protected]

www.mntm.az.