GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

HƏSƏN RİYAZİ (İLDIRIM)

Həsən Riyazi (İldırım) 23 yanvar 1959-cu ildə Sarab Heris mahallarının arasında yerləşən Camalabad (Cəməlü) kəndində anadan olub. İlk orta təhsilini öncə doğma kəndində, daha sonra isə Heris Mehriban şəhərlərində alıb. Tehran Tibb Universitetində təhsil alıb eyni zamanda ədəbiyyatla bağlı yığıncaqlarda, ədəbi məclisdə iştirak edib.

Həsən İldırım 15 yaşından şeir yazmağa başlayıb. İnqilabdan sonra nəşr olunan "Yoldaş" dərgisinin baş redaktor müavini işləyib.

Həsən İldırım şeir, ədəbi tənqid, ədəbiyyat nəzəriyyəsi, dünya şeir nümunələrinin Azərbaycan şeirinin tərcüməsi ilə məşğuldur. Ədib dünyaca məşhur olan, Azərbaycan türkcəsində fars dilində yayımlanan "Azəri" dərgisinin baş redaktorudur.

20-dən artıq şeir toplusu məqalələr məcmuəsi çap olunub.

 

Ana dili

Ağzımın dadı-duzu, ürəyimin üzü

Bayatılı, qoşmalı, ana nəfəsli dilim.

Ürəklərin şəfəqi

Arzuların üfüqü

Sevgi tamlı, yazüzlü, "Nəsimi" səsli dilim.

Anam ömür şirəsin, vətənimin nəğməsin

Laylayla gecə-gündüz, axıdıbdır canıma

Anadilli dünyamda, dirçəlib boy atmışam

Hər dilin öz adı var, hər dilin öz dadı var

Başqa dillər şəkərdir

Anamın dili baldır

Şəkərlərdən dadıram, dadlanır sözüm, arzum

Balımın dadı qaçsa, şəkər bal dadı verməz

İtər sözümün dadı

İtər arzumun dadı

Sözümün dadı-duzu, ürəyimin üzü

"Qorqud" nəfəsli dilim, Füzuli səsli dilim.

 

NADİR PAŞA

1959-cu ildə Qaradağ mahalının Mirzalı kəndində doğulub. Orta təhsilini Təbrizdə alıb. 1979-cu ildə Təbriz Universitetinin fars dili ədəbiyyatı fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra, 1986- ildə əsgərliyə çağırılıb 2 il İran-İraq savaşında iştirak edib. 1988-ci ildə döyüşlərin birində əsir düşüb. 26 ay Bağdad Tikrit zindanlarında əsir qalandan sonra azad olunaraq vətənə qayıdıb. Atası Aşıq Məşi (1931-2016) Cənubi Azərbaycanın adlı-sanlı ustad aşıqlarından biri olub. Nadir Paşa sazlı-sözlü bir ailədə boy atdığı üçün kiçik çağlarından musiqi şeirə maraq göstərib. İlk qoşmasını 14 yaşında yazıb. Onun bir sıra şeirləri 1979-cu ildən bəri İranda Azərbaycan Respublikasında fərqli mətbuat orqanlarında çap olunub.

"Sevinirəm, yaşayıram" ünvanlı ilk şeirlər kitabı 2016- ildə Təbrizdə işıq üzü görüb.

 

Yaşar balama

Qaçırsan gözümün önündə şıltaq,

sevincim sən ilə ucalır, Yaşar.

Qolların boynuma dolaşan zaman,

yüksəlir xəyalım ulduza aya,

dünya şirinləşir sən ilə mənə,

bircə an dil açıb deyəndə ata.

 

Hünər dünyasında kamallanarsan,

ardınca uçmağı bacarsan, Yaşar.

Əminəm böyüyüb iradən ilə

sevgiyə söykənib yaşarsan, Yaşar.

Dil namus kimi, şərəf kimidi,

onun keşiyində durmalıyıq biz.

Daim insanlığın hörmətin bilib

azğınlığın boynun burmalıyıq biz.

Sənə yaşam boyu uğurlar, oğlum,

ömrü sevinc ilə vurasan başa.

Sevginin çiçəkli yal-yamacında,

dəyməsin ayağın tikana, daşa.