Zəngilanda dəyirmi masa
Sosial həyat

Zəngilanda dəyirmi masa

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə “Əbədiyaşar Lider” adlı dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə və digər çıxış edənlər Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən, respublikanın keçdiyi inkişaf yolundan bəhs edib. Qeyd olunub ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlmişdir.

Sonda Ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub.

M.QULUYEV,

“Respublika”.