Zakir Həsənov Çinin müdafiə sənayesi kompleksinə daxil olan şirkət rəhbərləri ilə görüşüb
Siyasət

Zakir Həsənov Çinin müdafiə sənayesi kompleksinə daxil olan şirkət rəhbərləri ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çinə işgüzar səfəri davam edir.

“Respublika” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Azərbaycanın Çindəki səfirliyini ziyarət edib.

Burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi dərin ehtiramla yad edilib.

Sonra müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkət rəhbərləri ilə görüşüb.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynovun da iştirak etdiyi görüşlərdə birgə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.