Yeni təyinatlar qardaş ölkənin inkişafına müsbət təsir göstərəcək
Digər xəbərlər

Yeni təyinatlar qardaş ölkənin inkişafına müsbət təsir göstərəcək

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Nazirlər Kabinetini açıqlayıb. Bu barədə dövlət başçısı mətbuat konfransında bildirib. Belə ki, yeni kabinetə ədliyyə naziri Yılmaz Tunc, ailə sosial təminat naziri Mahinur Özdemir Göktaş, gənclər idman naziri Osman Aşkın Bak, energetika naziri Alparslan Bayraktar, müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya, xarici işlər naziri Hakan Fidan, maliyyə xəzinə naziri Mehmet Şimşek digərləri təyin olunublar. Xatırlatmaq yerinə düşər ki, hökumətdə dəyişikliklər olacağı barədə əvvəlcədən anons verilmişdi. Bundan başqa, Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi kontekstində ölkədə növbəti 5 ildə daha fərqli proqramlar reallaşdırılacaq.

Bəs, yeni təyinatlar qardaş ölkənin gələcək inkişaf perspektivinə necə təsir edəcək? Məsələyə münasibət bildirən millət vəkili Arzu Nağıyev yeni Nazirlər Kabinetinin formalaşmasının gələcəkdə mühüm islahatların həyata keçirilməsi üçün çox ciddi addımlar atılacağına işarə olduğunu bildirib. Burada  həm iqtisadi, həm təhlükəsizlik məsələləri ön plana keçir. Maliyyə Nazirliyində, Bank sistemində Xarici İşlər Nazirliyində prioritet istiqamət olan təhlükəsizlik məsələsinin məhz bu kadrların rəhbərliyi ilə həyata keçiriləcəyi bir daha göstərdi ki, başlıca məqsəd ölkənin təhlükəsizliyinə təhdid gətirə biləcək fəaliyyətlərin qarşısının alınmasına yönəldilmişdir. Müdafiə Nazirliyinə təcrübəli kadrın təyin olunması isə ölkənin müdafiə kursunun NATO-nun üzvü olmaqla davam etdiriləcəyindən xəbər verir.

Seçilmiş peşəkarların Türkiyə Böyük Millət Məclisində təmsil olunması ölkədə qanunvericiliyə nəzarətin daha da artılacağının təcəssümüdür. Bunlar məhz qanunvericilik istiqamətində əsaslı addımlar atılacağını da söyləməyə əsas verir. Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən yaxın ətrafından İbrahim Kalının Milli Kəşfiyyat Təşkilatına rəhbər təyin olunması bir daha ölkənin xarici dövlətlərlə əlaqələrinin şaxələndirilməsi istiqamətində görüləcək işləri əks etdirir. Bunlara məlumatların toplanması yenidən analiz edilməsi kimi məsələlər daxildir. Xüsusi vurğulamaq lazımdır ki, başda Azərbaycan olmaqla dost dövlətlərlə çox sıx bağlar mövcuddur. Ölkəmizlə münasibətlərə gəldikdə isə birgə çox mühüm layihələrin icrası nəzərdə tutulur, intellektual səviyyəli məhsulların istehsalı da planlaşdırılır. Ən əsası isə işğaldan azad olunmuş ərazilərimizdə birgə böyük işlər görüləcək. Düşünürəm ki, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə digər dövlətlərlə əlaqələrini daha da genişləndirəcək, qardaş ölkə hər sahədə Azərbaycana dəstək göstərəcəkdir.

Nəzrin ELDARQIZI,

"Respublika".