Yeni Azərbaycan Partiyasının sıraları genişlənir
Sosial həyat

Yeni Azərbaycan Partiyasının sıraları genişlənir

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu "Mətbuat pr. 529-cu məhəllə" (Azərbaycan Nəşriyyatı) ünvanı üzrə ərazi partiya təşkilatında iclas keçirilib.

İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, "Mətbuat pr. 529-cu məhəllə" (Azərbaycan Nəşriyyatı) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev, həmçinin ərazi üzrə partiya təşkilatının üzvləri və yeni üzvlər iştirak ediblər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğunu vurğulayıb.

"Mətbuat pr. 529-cu məhəllə" (Azərbaycan Nəşriyyatı) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir.

İclasda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub və uğurlar arzulanıb.

"Respublika".