Yasamal rayon icra hakimiyyətində qazilərlə növbəti görüş keçirilib
Sosial həyat

Yasamal rayon icra hakimiyyətində qazilərlə növbəti görüş keçirilib

Vətən müharibəsi iştirakçılarının problem və qayğılarını operativ şəkildə həll etmək məqsədilə Yasamal Rayon İcra Hakimiyyətində qazilərlə növbəti görüş keçirilib. Tədbirdə Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, RİH aparatının məsul əməkdaşları, iştirak ediblər.Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, Vətən müharibəsi iştirakçıları ilə işin təşkilinə xüsusi prioritet ayrılır. Vətən müharibəsi iştirakçılarının problemlərinin həlli hazırda dövlət idarələrinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu mənada Yasamal rayonunda müharibə veteranlarına, onların probləmlərinə maksimum diqqət ayrırlır.

“Respublika”.