Yanğın qısa müddətdə söndürülüb
Digər xəbərlər

Yanğın qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, İsmayıllı kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə və yaxınlıqdakı meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.