XİN: Qriqoryanın guya Azərbaycanın sərhəddə vəziyyəti gərginləşdirdiyi barədə iddialarının heç bir əsası yoxdur
Digər xəbərlər

XİN: Qriqoryanın guya Azərbaycanın sərhəddə vəziyyəti gərginləşdirdiyi barədə iddialarının heç bir əsası yoxdur

İyunun 8- Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı guya Azərbaycanın Ermənistanla sərhəddə Laçın yolunda vəziyyəti gərginləşdirdiyi, güc tətbiqi siyasəti yürütdüyü, Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı etnik təmizləmə həyata keçirmək niyyətində olduğu barədə səsləndirdiyi iddiaların heç bir əsası yoxdur bu Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə Azərbaycanın ərazi bütövlüyü suverenliyinə hörmət etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxili məsələlərə müdaxilə cəhdlərinə hələ son qoymaması bu ölkənin bölgədə sülh sabitlikdə maraqlı olmadığını göstərir. Misal olaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibinə xatırladırıq ki, Ermənistan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ çıxarmayıb bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir.

"Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin Azərbaycan qanunvericiliyinə müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub.

Ermənistanı bölgədə sülh təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə çağırır, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik", - deyə məlumatda vurğulanıb.