Xilasedicilər hadiə yerinə cəlb olunub
Digər xəbərlər

Xilasedicilər hadiə yerinə cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

3 iyul FHN Mətbuat xidmətinin məlumatında bildirilir ki, məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 2016-cı il təvəllüdlü azyaşlının barmağında dəmir halqa qalaraq barmağın şişməsinə səbəb olub.

Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə halqanı zərərçəkmişin barmağından təhlükəsiz şəraitdə kəsərək çıxarıblar.

“Respublika”.