Xankəndidə Dövlət Bayrağımızın ucaldılması tarixi qələbəmizdir
Digər xəbərlər

Xankəndidə Dövlət Bayrağımızın ucaldılması tarixi qələbəmizdir

Artıq 20 ildir ki, cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidentidir. Ölkə başçımız ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin layiqli siyasi varisi olaraq öz missiyasını misli görünməmiş uğurlarla həyata keçirir.

Prezident İlham Əliyevin ölkənin inkişafı üçün müəyyən etdiyi prioritetlər çoxistiqamətli olduğundan bütün sahələrdə uğurlu nəticələrə imza atılır. Güclü ordu yaratmaq, ölkənin müdafiə qüdrətini artırmaq, sənayenin və aqrar sektorun sürətli və innovativ inkişafını təmin etmək, xalqın sosial rifahını yaxşılaşdırmaq, Azərbaycan diplomatiyasını yüksək səviyyəyə qaldırmaqla ölkənin beynəlxalq nüfuzunu artırmaq ölkə başçısının əsas hədəfidir.

Ötən 20 il ərzində Azərbaycanda ordu quruculuğu sahəsində böyük işlər görülmüşdür və bu proses davam edir. Ali Baş Komandan, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçilərkən andına sadiq qaldığını sübut etdi. 2003-cü ildən 2020-ci ilədək ordu quruculuğu ölkənin ən prioritet sahəsinə çevrildi. Siyasi-iqtisadi və hərbi istiqamətdə Prezident İlham Əliyevin keçmiş Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlarda bir əsas xətt keçirdi: "Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik". Orduda nizam-intizamın güclənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir silahların alınması və s. həmin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə uyğun planlaşdırılırdı.

Qətiyyətli sərkərdə İlham Əliyev siyasi müdrikliyi ilə Ermənistanı diz çökdürən Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən hadisə oldu. Bu, ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoyulmasının ən mükəmməl müasir nümunəsi idi.

Qarabağın Azərbaycanın tarixi ərazisi olması bütün dünyaya, hətta erməni xalqının özünə də yaxşı məlumdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatlarında tarix yazan, Azərbaycan bayrağını Qarabağımıza qaytaran şanlı müzəffər ordumuz dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Möhtərəm Prezidentimizin müdrik siyasəti sayəsində qazanılan uğurlar, şanlı ordumuzun igid oğullarının qələbələri hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur.

Tarixə 44 günlük Zəfər salnaməsi adı ilə daxil olan bu yürüş heç də adi bir qələbə deyildi. Tarixin axarına yeni nizam verən bu zəfər iki yüz ildə itirilən torpaqların geri qayıdış zəfəri idi. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, uzaqgörənliyinin, Heydər Əliyev siyasi kursunun ləyaqətlə davam etdirilməsinin nəticəsi idi. Bu qələbə Müzəffər Azərbaycan Ordusunun qələbəsi idi. Bu tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, cənab Ali Baş Komandanın ətrafında sıx birləşən vətəndaşlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, qətiyyəti oldu.

Dəmir yumruğu ilə tarixi və ilahi ədaləti bərpa edən xalqımızın sərkərdəsi əsrlərə, nəsillərə örnək və dastan olacaq qətiyyəti, hünəri ilə Azərbaycan tarixinin keçmişinə və gələcəyinə adını qızıl hərflərlə həkk etdirdi. Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü, əzmimizi bütün dünyaya nümayiş etdirdi. Bütün dünya lider və xalq arasında möhkəm və sarsılmaz inamın şahidi oldu.

Ötən ay isə Qarabağda cəmi 24 saat ərzində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın bütün ərazisində Konstitusiya quruluşu bərpa edildi. Əlamətdardır ki, dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması və Qarabağda 200 illik erməni planlarının darmadağın edilməsi məhz "Heydər Əliyev İli"nə təsadüf edir və bu, rəmzi məna daşıyır.

Qarabağ ərazisində, xüsusilə Xankəndidəki terrorçu dəstələr zərərsizləşdirilmişdir. 2023-cü il 15 oktyabr müasir tariximizə qızıl hərflərlə yazıldı. Həmin gün Xankəndidə, Xocavənd şəhərində, Sərsəng Su Anbarında, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dövlət Bayrağı ucaldıldı.

Prezident İlham Əliyev Xankəndidə Dövlə

t Bayrağını ucaldarkən demişdir: "Biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda öz ləyaqətimizi bərpa etmişik".

Xankəndi qədim Azərbaycan ərazisidir. Artıq bu yerlər şovinist terrorçu haylardan təmizlənib. Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Rusiya Federasiyasındakı çoxsaylı soydaşlarımız adından xalqımızı təbrik edirəm. El-oba sevinir, millət sevinir!

Eyyub ABBASOV,

 Rusiya Federasiyası,

Novosibirsk vilayəti, Rus-Azərbaycan Evi Ağsaqqallar Şurasının sədri.