Vladimir Orliç: Azərbaycan və Serbiya suverenlik, ərazi bütövlüyü məsələlərində həmrəylik nümayiş etdirir
Siyasət

Vladimir Orliç: Azərbaycan və Serbiya suverenlik, ərazi bütövlüyü məsələlərində həmrəylik nümayiş etdirir

Mayın 25- Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Serbiya arasında dostluq strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini deyən Vladimir Orliç iki ölkənin dövlət başçıları arasında münasibətlər qarşılıqlı səfərlər əlaqələrimizin daha da genişlənməsinə imkan verdiyini vurğulayıb.

Serbiya parlamentinin spikeri qeyd edib ki, müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinə malik ölkələrimiz suverenlik ərazi bütövlüyü məsələlərində həmrəylik nümayiş etdirir.

Parlamentlərarası münasibətlərin inkişaf perspektivlərindən danışan Assambleya sədri bu səfərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcəyini söyləyib. O qeyd edib ki, Serbiya Milli Assambleyası ilə Azərbaycan Milli Məclisi arasında imzalanan anlaşma memorandumu qanunverici orqanlarımız arasındakı əlaqələri yeni səviyyəyə qaldıracaq.

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində bildirib ki, Azərbaycan ilə Serbiya arasında dostluq strateji tərəfdaşlıq münasibətləri məmnunluq doğurur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Serbiya Azərbaycanın Avropadakı ən yaxın dostlarından biridir. Dövlət başçıları arasındakı dostluq münasibətləri ölkələrimizin əlaqələrinin sürətli inkişafında önəmli rol oynayır.

Söhbət zamanı Azərbaycan Serbiyanın prinsipial məsələlərdə həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli əlaqələrdə bir-birini daim qarşılıqlı şəkildə dəstəklədiyi, həmrəylik nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Serbiya xalqları arasında dostluq əlaqələri dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır.

Görüşdə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud olan vəziyyət, azad olunmuş ərazilərimizdə həyata keçirilən irimiqyaslı bərpa quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan hazırda Qarabağda Şərqi Zəngəzurda müasir şəhər kəndlər inşa edir. Artıq Böyük Qayıdış proqramına start verilib.

Eyni zamanda, Azərbaycanın regionda dayanıqlı sülhün sabitliyin təmin olunması üçün səy göstərdiyi, Ermənistana sülh sazişi imzalamağı təklif etdiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra Milli Məclisin nümayəndə heyəti Serbiya Milli Assambleyasının binası ilə tanış olub, Sahibə Qafarova Assambleyanın xatirə kitabını imzalayıb.