Tariq Mahmud Əhməd: Böyük Britaniya regionda sülhün bərqərar edilməsi istiqamətində səyləri dəstəkləyir
Siyasət

Tariq Mahmud Əhməd: Böyük Britaniya regionda sülhün bərqərar edilməsi istiqamətində səyləri dəstəkləyir

Mayın 17- Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət Hökumət Başçılarının 4- Zirvə Görüşü çərçivəsində Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya BMT üzrə dövlət naziri Tariq Mahmud Əhməd ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, ticarət, investisiyalar, nəqliyyat, təhsil, mədəniyyət digər sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlardan istifadənin zəruriliyini diqqətə çatdırıb.

Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə olduğunu bildirən nazir Ceyhun Bayramov iki ölkənin birgə layihələrin həyata keçirilməsi təcrübəsinə məmnunluqla istinad edərək, bu uğurlu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğumuzu söyləyib. Ölkələrimiz arasında neft qaz sənayesi sahəsində strateji əməkdaşlığa istinad edilərək, alternativ enerji resurslarının inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa quruculuq işləri, mina təhlükəsi ilə mübarizə, Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşması sülh gündəliyi ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov bu xüsusda Böyük Britaniyanın mina təhdidinə qarşı mübarizə istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Dövlət naziri Tariq Mahmud Əhməd diplomatik münasibətlərin əsasının qoyulmasından ötən müddətdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında həm ikitərəfli, həm çoxtərəfli səviyyədə qarşılıqlı faydalı strateji əməkdaşlıq gündəliyinin formalaşdığını diqqətə çatdırıb. Ölkələrimiz arasında strateji dialoqun genişləndirilməsinin vacibliyini qeyd edib. Hər iki dövlət arasında mədəni təhsil sahəsində əməkdaşlığa verilən əhəmiyyət vurğulanıb. Böyük Britaniyanın regionda sülh təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səyləri, o cümlədən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyi bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.