Vitse-spiker Adil Əliyev Qambiya Milli Assambleyasının sədri ilə görüşüb
Siyasət

Vitse-spiker Adil Əliyev Qambiya Milli Assambleyasının sədri ilə görüşüb

Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Qambiya Respublikası Milli Assambleyasının sədri Fabakari Tombonq Catta ilə görüşüb. 16 iyun Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilir.

Görüşdə parlamentlər arasında əməkdaşlığın inkişafı, dünyada mövcud vəziyyət barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılmasından, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu rəhbərliyindən, COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşlərinin təşkilindən bəhs edilib.

Vitse-spiker Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş təcavüzü, erməni vandalizmi, 1 milyondan artıq insanımızın yurd-yuvalarından qovulması barədə spikerə geniş məlumat verib. İşğala son vermiş 44 günlük Vətən  müharibəsinin bitməsindən üç ilə yaxın vaxtın keçməsinə baxmayaraq, Ermənistanın hələ də sülh müqaviləsini imzalamaqdan yayındğı diqqətə çatdırıb.

Tərəflər parlamentlərarası münasibətlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarında da qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Görüşdə Milli Məclisin deputatı Mahir Abbaszadə və Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov iştirak edib.

“Respublika”.