Ümummilli Liderin ideyaları
Siyasət

Ümummilli Liderin ideyaları

Azərbaycanın inkişaf yoluna işıq saçan əbədi mayakdır

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizin hər yerində böyük təntənə ilə qeyd edilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023- ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi, həmçinin 18 istiqaməti əhatə edən Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin fəaliyyətinin hər bir sahəsinin təhlilinə, indiki gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Liderin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Azərbaycançılıq ideologiyasının inkişafı təbliği hakimiyyətinin hər iki dövründə Ümummilli Liderin fəaliyyətinin əsasını təşkil etmişdir. O, daim bu çağırışı edirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməli, azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməlidir. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar da azərbaycançılıq ideologiyasının inkişafında əhəmiyyətli rol oynadı. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ümummilli Liderin böyük səylərinin, qətiyyətinin nəticəsi idi. Ulu öndər bildirmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm azərbaycançılıq məsələsidir.

Azərbaycan zamanın hökmü ilə ötən əsrin 90- illərində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində baş verən hadisələr çoxəsrlik tariximizin qara səhifəsi kimi xarakterizə edilir. O illərdə ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı böyük faciələrlə, ən əsası müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdan Ulu Öndər  Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini sarsılmazlığını təmin etdi. Ölkəmiz qısa zamanda sabitlik diyarına çevrildi. Dövlətçiliyimizin əsasları yaradıldı. Bir sözlə, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003- illər xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi dönməz etdiyi taleyüklü mərhələdir.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, bir dövlət olaraq beynəlxalq aləmdə özünə layiqli yer tutmasında Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının rolu böyükdür. Ulu Öndərin səyləri nəticəsində 1994- il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması Azərbaycanın hər bir sahədə inkişafına geniş yol açdı. Sabitliyin, normal biznes mühitinin yaradılması qısa zamanda ölkənin böyük investisiyalar məkanına çevrilməsini təmin etdi. 1994- il 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin 2006 2007-ci illərdə reallığa çevrilməsi, bunun ardınca  dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu artıran  Cənub Qaz Dəhlizinin  tam tərkibdə istifadəyə verilməsi sair kimi biri-birindən mühüm hadisələr "Əsrin müqaviləsi"nin ölkəmizə  böyük uğurlar qazandırdığını bir daha  dünyaya nümayiş etdirir. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli Lider Heydər Əliyev 1999-cu ildə Dövlət Neft Fondunu yaratmaqla əldə olunan neft gəlirlərinin şəffaf ədalətli bölünməsini təmin etdi. Fondun vəsaitləri hesabına həyata keçirilən mühüm sosial-iqtisadi layihələr Azərbaycanın hərtərəfli inkişafını şərtləndirir.

Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mədəni irsə sahib qədim diyar sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin  mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan 2003- ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvələri fəth edir. Azərbaycan möhkəm təməl üzərində yeni-yeni hədəflərə doğru inamla addımlayır. Dövlət başçısı ilk gündən Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin vacibliyini bildirdi. Son 20 ilə yaxın dövrün reallıqları bu vədin əməli işlərdə öz təsdiqini tapdığını nümayiş etdirir.

Ümummilli Liderin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi bu gün dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyaraq bu istiqamətdə  mühüm addımlar atır. Regionların malik olduğu potensialdan səmərəli istifadənin prioritetliyi təsdiqlənən Dövlət proqramlarında özünün aydın ifadəsini tapır. Bu gün hər bir bölgə inkişaf, tərəqqi dövrünü yaşayır. Bu sırada Ağcabədi rayonunun da sosial-iqtisadi inkişafı göz qabağındadır. Möhtərəm Prezidentimizin rayona hər səfəri bir-birindən mühüm sosial obyektlərin açılışı təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

Ümummilli Liderin möhkəm təməl üzərində formalaşdırdığı siyasət Azərbaycana bugünkü uğurları qazandırdı. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə əbədi yazdı. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri.