ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XİLASKARLIQ MİSSİYASI
Siyasət

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XİLASKARLIQ MİSSİYASI

İllər ötdükcə, çiçəklənən Azərbaycanı, onun iqtisadi, siyasi tərəqqisini, artan beynəlxalq nüfuzunu gördükcə, bu dahi insanın şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi, müdrikliyi, əvəzedilməzliyi daha aydın görünür. İstər-istəməz xəyalən ötən illərə dönərək, onun ömür yolunu siyasi fəaliyyətini göz önündə canlandırmalı olursan. Lakin məqalə xalqımızın Milli Qurtuluş Gününə ulu öndərin xilaskarlıq missiyasına həsr edilmiş olsa da ilin yaz fəslinin ən gözəl bayramlar ayı sayılan may ayında bir əsr əvvəl Azərbaycanın həyatında baş verən bu gün tariximiz dövlətçiliyimiz üçün böyük önəm daşıyan ictimai-siyasi hadisəyə toxunmamaq mümkün deyil. XX əsr bütün dünyada olduğu kimi, Azərbaycan üçün siyasi hadisələr, müharibələr, təlatümlü illər, ictimai formasiyalar dəyişiklikləri kimi yadda qalmışdır.

Lakin bu əsrin ikinci onilliyində 28 may 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda Demokratik Cümhuriyyətin elan edilməsi müstəqil dövlətçiliyimizin ən parlaq şanlı səhifəsi kimi tarixə düşmüşdür. Yarandığı ilk gündən Cümhuriyyət tərəfindən xalqımızın çoxəsrlik müstəqilliyi milli dövlətçilik arzularını əks etdirən bir səhifəlik (preambula 6 bənddən ibarət) "İstiqlal Bəyannaməsi" qəbul edilmişdir. Bu hüquqi sənəd həm o dövr, həm indiki dövr üçün Azərbaycanın ilk konstitusiya aktı sayıla biləcək qədər böyük tarixi əhəmiyyət kəsb etmişdir. Cümhuriyyət yaradıldığı gündən hökuməti təşkil etmiş, dövlət idarəçiliyinin əsas strukturları, dövlətin rəmzləri təsdiq olunmuş, qadınlara seçki hüququ verilmiş Azərbaycanda yaşayan bütün milli azlıqların Parlamentdə təmsil edilməsini qərarlaşdırmışdır. Çox təəssüf ki, bu Cümhuriyyətin ömrü qısa olmuş, cəmi 23 ay fəaliyyət göstərə bilmişdir. Buna baxmayaraq, bu tarix Azərbaycan xalqı üçün çox əzizdir üstündən bir əsrdən çox müddət keçsə belə, biz həmin tariximizlə daima qürur duyur fəxrlə deyə bilirik ki, demokratik cəmiyyət bir çox Avropa dövlətlərindən əvvəl məhz Azərbaycanda qurulmuşdur.

2018-ci ilin may ayında xalqımız Azərbaycanda demokratik Cümhuriyyətin yaradılmasının 100 illiyini dövlət səviyyəsində geniş təntənəli şəkildə müxtəlif tədbirlərlə qeyd etdi. Bu günün belə yüksək səviyyədə qeyd olunması xalqımızı bir daha qürurlandıraraq sevindirməklə yanaşı, eyni zamanda, dünyaya göndərilən bir mesaj idi. Bu əsrdə Azərbaycan ikinci dəfə 1991-ci ilin 18 oktyabrında müstəqillik barədə konstitusiya aktını qəbul etməklə öz müstəqilliyinə qovuşmuş Azərbaycan Cümhuriyyətinin varisi kimi qəbul edilmişdir.

XX əsr, eyni zamanda, Azərbaycan xalqına ümummilli lider Heydər Əliyev kimi müdrik zəka sahibi, polad iradəli, xalqımızın iftixarı olan, dünyaşöhrətli bir siyasətçi bəxş etmişdir.

Anadan olmasının 100- ili ölkəmizdə respublikamızın hüdudlarından kənarda qeyd edilən dünyaşöhrətli siyasətçi şəxsiyyət, müstəqilliyimizin bütün uğurlarımızın təminatçısı olan ulu öndər Heydər Əliyevi uca Tanrı sanki, Azərbaycana bir xilaskar kimi göndərmişdir. O, öz tarixi xilaskarlıq missiyasını bütün çətinliklərə baxmayaraq, məharətlə yerinə yetirdi. Ümummilli liderin şəxsiyyəti, gördüyü işlərin əhatəliliyi həcmi o qədər cahanşümul zəngindir ki, onu bir yazıda əhatə etmək belə qeyri-mümkündür. Ümumiyyətlə, ulu öndərin Azərbaycana rəhbərliyi dövrünü üç mərhələyə bölmək olar. Bu, onun Sovet dönəmində Azərbaycana rəhbərliyi, Moskva dövrü sonuncu müstəqillik illərini əhatə edir. Hələ Sovet dönəmində dövlət təhlükəsizlik orqanlarının rəhbərliyindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi ilə geridə qalmış Azərbaycan iqtisadiyyatında, sənayesində, kənd təsərrüfatında əmələ gələn dirçəliş, milli-mənəvi dəyərlərimizə, dilimizə, haradasa dinimizə qayıdış, gənclərin tərbiyə təhsilinə verilən önəm, onların ölkədən kənar ali təhsil ocaqlarına, eyni zamanda ehtiyac olan sahələr üzrə mütəxəssislər yetişdirilməsi üçün göndərilməsi mühüm iri sənaye müəssisələrinin yaradılması, onun dərin zəkası, fitri istedadı, yüksək işgüzarlığı gərgin əməyinin məhsulu olmuşdur.

Ulu öndər hakimiyyətə gəldiyi ilk gündən nizam-intizam tərəfdarı olmuş, qanunçuluğun möhkəmləndirilməsi onun aliliyinin təmin edilməsi, xüsusən bu gün "korrupsiya" adlandırılan rüşvətxorluğa qarşı qəti mübarizə aparmış cəmiyyəti bu kimi neqativ hallara qarşı səfərbər olmağa çağırmışdır. Lakin onun cinayətkarlığa qarşı mübarizəyə qalxması o dövrdə tərkibində olduğumuz İttifaq rəhbərliyində eyni mənalı qarşılanmamışdır. Buna baxmayaraq, ulu öndərin fəaliyyəti respublikanı o zamankı müttəfiq respublikalar arasında öncüllər sırasına çıxarmaq, iqtisadiyyatın, elm-tədris, mədəniyyət, incəsənət, sosial, ictimai-siyasi həyatın bütün sahələrində əməli yüksəlişə nail olmaq xalqın güzəranının yaxşılaşdırılmasına istiqamətlənmişdir. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərliyi dövründə Azərbaycan SSRİ-nin tərkibində "müstəqil, suveren" respublika hesab edilirdi. Həmin dövrdə respublikamız ittifaq hakimiyyətinin tabeçiliyində olsa da Heydər Əliyev zəkasının qüdrəti, dövlət idarəçiliyində təşkilatçılıq bacarığı, ölkənin iqtisadiyyatını tənəzzüldən qurtardı, geridə qalmış respublikanı qabaqcıllar sırasına çıxardı. Ölkədə qayda-qanun, ciddi nizam-intizam yaradıldı. Onun uzaqgörənliyi nəticəsində həmin dövrdə elə işlər görülürdü ki, onlar Azərbaycanın sonrakı iqtisadi-siyasi həyatının inkişafında təməl rolunu oynadı. Ulu öndərin təşkilatçılıq bacarığını, işgüzarlığını, təşəbbüskarlığını partiya işçisi kimi yüksək şəxsi keyfiyyətlərini görən ittifaq rəhbərliyi onu Moskvaya dəvət edib, yüksək vəzifəyə - Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin etdi. Tərkibində olduğumuz 70 ildə ulu öndər Heydər Əliyev ittifaq hakimiyyətində yüksək vəzifə alan nəinki ilk azərbaycanlı, eləcə ilk müsəlman idi. O dövrdə mən Azərbaycan KP Mərkəzi Komitəsinin inzibati orqanlar şöbəsində təlimatçı işləyirdim. Onunla keçirilən vida tədbirində mən iştirak edirdim. Baxmayaraq ki, onun ittifaqda təmsil edilməsi xalqımıza başucalığı gətirən xoş xəbər idi, lakin zalda əyləşənlərin demək olar ki, əksəriyyəti ağlayırdı. Heç kim ondan ayrılmaq istəmirdi. O, özü kövrəlmişdi.

Çıxışında da bildirdi ki, bu vəzifədən o imtina etmiş Azərbaycanda hələ çox işlərin görülməli olduğunu bildirmiş, lakin ona deyilmişdi ki, Siz artıq böyümüsünüz, Siz bizə burada lazımsınız! Bildiyimiz kimi, Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyevə ən çətin mürəkkəb sahələrin idarəçiliyi (kuratorluğu) verilməsinə baxmayaraq, o, bütün işlərin öhdəsindən bacarıqla, ləyaqətlə gələrək tez bir zamanda nəinki Rusiyada, digər respublikalarda da tanınaraq böyük nüfuz qazanmış, Azərbaycanın xalqımızın qürur mənbəyinə çevrilmişdi. Hətta onun biliyi, bacarığı, gördüyü işlərin böyüklüyü bəzi həmkarlarında qısqanclıq yaratmağa başlamış 1987-ci ildə o, xəstəlik adı ilə, Sov. İKP Mərkəzi Komitəsinin Siyasi Büro üzvlüyündən tutduğu vəzifədən azad edilib istefaya göndərilmişdir. Lakin sonradan tarix sübut etdi ki, o heç xəstə olmamış, bu yalnız onun savadına, bacarığına işgüzarlığına həsəd aparan M.Qorbaçovun xəbiscəsinə qurduğu oyun imiş. İstefaya göndərildikdən bir müddət sonra ulu öndər Azərbaycanın bir hissəsi olan Naxçıvana pənah gətirmişdir. Naxçıvan əhalisi öz keçmiş rəhbərini böyük məhəbbət qayğı ilə əhatə etmiş təkidli tələblə onu Naxçıvan MR-in Ali Məclisinə Sədr seçmişdi. O, buna razılıq vermədikdə, hətta Ali Məclisin iclasları bir neçə dəfə təxirə salınmışdır.

Ulu öndərin Ali Məclisə seçilməsi ilə o illərdə bütün ölkəmizdə olduğu kimi, Naxçıvanda da hökm sürən hakimiyyət böhranına son qoyuldu. Artıq bu illərdə Heydər Əliyev şöhrətli bir siyasətçi şəxsiyyət kimi demək olar ki, bütün dünyada tanınırdı. Heydər Əliyevə olan hörmət rəğbətin nəticəsi olaraq qardaş Türkiyə Respublikasının o vaxtkı Prezidenti Süleyman Dəmirəl tez bir zamanda Naxçıvana səfər edərək ulu öndərlə görüşüb, işgüzar əlaqələr yaratmaqla Muxtar Respublikanın hər cür ərzaqla təmin olunmasında yardımçı olmuşdu. Türkiyə tərəfi özünün İqdır əyalətini Sədərəklə birləşdirən nəhəng körpü salmış, Süleyman Dəmirəl Naxçıvana gələrək, şəxsən körpünün açılışında iştirak etmişdir. Bu körpüyə haqlı olaraq "Ümid" körpüsü adı verilmişdir. Bu körpünün Naxçıvan əhalisinin təminatında böyük rolu olmuş həqiqətən naxçıvanlıların ümidlərini doğrultmuşdur. O illərdə Naxçıvan MR-in Şahbuz Sədərək rayonlarının əhalisi bədnam ermənilərin hücumuna məruz qalırdı. Hətta döyüşlərdə yaralanmış əsgərlər bu yolla Türkiyənin xəstəxanalarına müalicə üçün göndərilirdi. Heydər Əliyevin nüfuzuna hörmət əlaməti olaraq ABŞ-ın o vaxtkı Prezidenti Bill Klinton Azərbaycandakı səfirliyi vasitəsi ilə Naxçıvanla əlaqə yaradaraq bir təyyarə dərman preparatı, sarğı materialları digər zəruri tibbi ləvazimatlardan ibarət yardım göndərmişdir.

Beləliklə, ulu öndərin iqtisadi-siyasi fəaliyyəti qonşu dövlətlərin köməyi nəticəsində blokada şəraitində yaşayan Naxçıvan tədricən dirçəlməyə başladı. Elə bu illərdə ulu öndərin soy-kökümüzə, milli dəyərlərimizə bağlılığı demokratik düşüncə tərzi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərindən biri olan üçrəngli bayrağın Ali Məclisin iclas zalına gətirilməsi Muxtar Respublikanın dövlət rəmzlərindən biri kimi qəbul edilməsi ilə öz təsdiqini tapdı. 90- illərin əvvəllərində ölkəmizin üstünü qara buludlar almışdı. Ölkə xaos, anarxiya girdabına salınmışdı. Cəbhədəki uğursuzluqlar, daxildəki siyasi hərbi qarşıdurmalar yenicə müstəqillik qazanmış respublikamızı vətəndaş müharibəsi astanasına sürükləyirdi. Təkcə onu demək kifayətdir ki, 1990-1993- illər ərzində üç nəfər dövlət rəhbəri (Ə.Vəzirov, A.Mütəllibov Ə.Əliyev) dövlət idarəçiliyini, Prezident kürsüsünü ölkəni başsız qoyub qaçmışdılar. Ardıcıl olaraq baş vermiş "kürsüdən qaçmalar" bir daha sübut etdi ki, yüksək kürsü hər kəsə şərəf gətirib onun nüfuzunu artırmır, əksinə, kürsünü bəzəyən şərəfləndirən insan özü olur. Azadlıq hərəkatı dalğasında hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün birillik səriştəsiz rəhbərliyi nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsilə üzləşdi. Şimalda cənubda baş qaldıran separatizm ölkəni parçalamağa doğru aparırdı. Gəncə hadisələri, Əlikram Hümbətov Surət Hüseynov faktorları vəziyyəti son dərəcə gərginləşdirmişdi. 4 iyun 1993- ildə Gəncə şəhərində baş vermiş hadisələr, qardaş qanı axıdılması isə dövləti tam iflic vəziyyətinə salmışdı. Xalq Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə üz tutdu, onun xilaskar qüdrətinə bel bağladı. Maraqlıdır ki, həmin vaxt AXC-Müsavat iqtidarı da ulu öndəri Bakıya dəvət edir xilas yolunu yalnız onun siyasi hakimiyyətə qayıdışında görürdü. Lakin O, Naxçıvana onu gətirməyə gedən iki təyyarəni geri qaytarmış, mən bütün vəzifələri görmüşəm, bundan sonra mənə heç bir vəzifə lazım deyil demiş, ancaq vaxtilə qurub-yaratdığı, canı qədər istədiyi Azərbaycanın iflic vəziyyətini görüb, nəhayət, razılaşmışdı. Xalqın təkidli çağırışı ilə ulu öndər Heydər Əliyev 9 iyun 1993- ildə Bakıya gəldi mətbuat nümayəndələrini ətrafına yığıb Gəncə şəhərinə yollandı. Gəncə qarşıdurmasının nəticələrini görüb, məsləhət tövsiyələrini verib geri qayıtdı. Milli Məclisdə yaranmış vəziyyətdən çıxış yolları barədə geniş məruzə etdi. Elə həmin gün Milli Məclisdəki proqram xarakterli nitqində o, Azərbaycanın demokratik dövlət quruculuğunun gələcək inkişafının prioritet istiqamətlərini müəyyən edərək demişdi: "Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən bəri, müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam demokratik, hüquqi, həm ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq". Bununla da xalqın ürəyində bir ümid çırağı yandırdı yalnız bu dünyaşöhrətli siyasətçinin ölkəmizi düşdüyü vəziyyətdən çıxaracağına ümid yarandı. O, 1993- il iyunun 15- Milli Məclisdə yekdil səslə alqış sədaları altında Ali Sovetə Sədr seçildi 3 oktyabr prezident seçkilərinədək bu vəzifədə işlədi. Bu seçim Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

1997-ci il 27 iyunda Milli Məclisin qərarı ilə 15 iyun günü rəsmi olaraq Azərbaycan xalqının "Milli Qurtuluş Günü" kimi qəbul edildi. Bu tarixi qərarda deyilirdi ki, "Azərbaycan xalqının azadlığını, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin bir vəzifəni könüllü olaraq öz üzərinə götürüb, xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi.

Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Bundan sonra Azərbaycan xalqının "Milli Qurtuluş Günü" Əmək Məcəlləsinin 105.2-ci maddəsində haqlı olaraq günü hesab edilməyən bayramlar sırasında təsbit edildi.

1993 - ildə məhz ulu öndərin hakimiyyətə qayıdışı ilə respublikamız dağılma, parçalanma təhlükəsindən qurtuldu. Milli Qurtuluş Günü ilə Azərbaycanın gələcək intibahının təməli qoyulmuş oldu. Bu illərdə ölkəmizdə gedən elan olunmamış Qarabağ müharibəsi, torpaqlarımızın işğalı, daxildəki qarşıdurmalar, 1994- ilin oktyabr 1995-ci ilin mart hadisələri, dövlət çevrilişinə cəhdlər ölkəmizdəki vəziyyəti bir az da ağırlaşdırırdı. Hətta o illərin siyasi dünya ədəbiyyatı mətbuatında Azərbaycan haqqında çox bədbin proqnozlar verilir, tənəzzülə uğrayan dövlətçiliyini itirmək astanasında olan ölkə kimi xarakterizə olunurdu.

Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə geriləmənin qarşısını aldı, dövlətimizi dağılmaqdan, beynəlxalq təcriddən, anaları oğulsuz qalmaqdan, gəncləri həyatını itirməkdən, hakimiyyəti zorla devirmək tendensiyasından, cəmiyyəti xaos anarxiyadan xilas etdi. Ulu öndər öz gəlişi ilə Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü. Lakin Heydər Əliyevin dərin zəkası, güclü siyasi fəhmi, polad iradəsi dövlətçiliyi idarəetmədə fitri istedadı qısa zaman kəsiyində tarixin axarını dəyişdi bədbin proqnozların əksini sübut etdi. Çox çəkmədi ki, ulu öndər gecəsini gündüzünə calayıb ölkənin daxili xarici siyasət kursu ətrafında milli həmrəyliyi təmin etdi, daxili siyasi təhlükəsizlik vəziyyətini sabitləşdirdi, nizami ordu yaratdı, nəticədə düşmənə sarsıdıcı zərbələr endirildi Ermənistan atəşkəs imzalamağa vadar oldu.

Ulu öndərin bütün həyatı fəaliyyəti həmişə şəffaf xalqa açıq olduğundan bizlər onun xarici səfərlərini izləyirdik. Onun böyük dövlətlərin rəhbərləri tərəfindən yüksək səviyyədə qarşılandığının şahidi olmuşuq. Səfərlərdə məqsəd təkcə bu dövlətlərlə diplomatik əlaqələr qurmaq deyil, əslində həm Azərbaycanın dünyada tanıdılması, həm 20 faiz torpaqlarının erməni təcavüzünə məruz qalmasının dünya ictimaiyyətinə çatdırılmasına hesablanmışdı. Çox çətinliklə olsa, yalnız ulu öndərin sayəsində müstəqilliyimiz qorunub saxlanıldı. Tarixin acı təcrübəsindən məlumdur ki, müstəqilliyi əldə etmək qədər çətindirsə, onu qoruyub saxlamaq əbədiləşdirmək ondan qat-qat çətin mürəkkəbdir.

Qeyd olunmalıdır ki, hər bir ölkənin inkişafı, gələcəyi, müqəddəratı sabitliyi onun qanunvericiliyinin mükəmməlliyi ilə ölçülür. Hələ ötən əsrin 90- illərində müstəqillik əldə etdikdən sonra Azərbaycanda yaranan hakimiyyətsizlik, özbaşınalıq bütün sahələrdə olduğu kimi, qanunvericilik islahatlarını da arxa plana keçirmişdi. Artıq müstəqilliyini əldə etmiş ölkəni köhnə qanunlarla idarə etmək mümkün deyildi. Qarşıda ilk olaraq yeni demokratik konstitusiyanın qəbulu dururdu. Bilavasitə ulu öndərin başçılığı ilə hazırlanan müstəqil Azərbaycanın ilk konstitusiya layihəsi xalqın müzakirəsinə verildikdən sonra 1995-ci ilin noyabr ayının 12- ümumxalq səsverməsi yolu ilə qəbul edilib həmin ayın 27- qüvvəyə mindi. Konstitusiya layihəsi ilə yanaşı, "Milli Məclisə seçkilər haqqında" Qanun da hazırlanıb qəbul edildi, elə referendum günü çoxpartiyalı sistem əsasında həmin dövr üçün məqbul hesab edilən majoritar proporsional qaydada Milli Məclisə ilk demokratik seçkilər keçirildi. Azərbaycanın bu Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə ehtiva edən Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsi sayılan, 1918-ci ildə qəbul olunmuş "İstiqlal Bəyannaməsi"ni özündə yaşadan, tarixi varisliyi təmin edən ən yüksək hüquqi qüvvəyə malik Qanundur. Yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü kimi deyə bilərəm ki, ulu öndər layihədəki hər sözü, hər cümləni zərgər dəqiqliyi ilə ölçüb-biçirdi. Konstitusiya sözü qurmaq, yaratmaq, nəsə təsis etmək anlamını verdiyindən onun bu hərəkətləri başadüşülən idi. Çünki müstəqil Azərbaycanı qurmaq, yaratmaq nəsə təsis etmək üçün birinci növbədə onun hüquqi əsaslarını yaratmaq lazım gəlirdi. Müstəqillik dövründə qəbul edilən bu ilk Konstitusiya tam demokratik prinsiplərə söykənmiş beynəlxalq aləm tərəfindən onun demokratikliyi etiraf edilmişdir.

(davamı növbəti saylarımızda)

Südabə HƏSƏNOVA,

Konstitusiya Məhkəməsinin "Şöhrət" ordenli sabiq hakimi, II dərəcəli dövlət

ədliyyə müşaviri, Əməkdar hüquqşünas.