Ukrayna səfiri: Humanitar yardıma görə dost Azərbaycana minnətdarlıq
MÜSAHİBƏLƏR

Ukrayna səfiri: Humanitar yardıma görə dost Azərbaycana minnətdarlıq

Humanitar xarakter daşıyan və müharibənin bu çətin aylarında göstərilən böyük yardıma görə Ukrayna xalqı adından dost Azərbaycana minnətdarlığımı bildirmək istərdim.

AZƏRTAC xəbər verir ki, bunu dekabrın 10-da jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

"Azərbaycanın indiyə qədər göstərdiyi yardımı xatırlayırıq - bu, Ukraynada bir çox insanın həyatını xilas edən 1000 ton ərzaq, dərman, tibbi avadanlıqdır. Bu gün bizim üçün vacib yük - humanitar karvan göndərildi. Bu, xəstəxanalar, Ukraynanın enerji infrastrukturunun zərər çəkdiyi müəssisələri üçün nəzərdə tutulmuş enerji komponentləri və transformatorlar, generatorlardır. Bu, bizim dəyər verdiyimiz, həmişə xatırlayacağımız səmimi dostluğun təzahürüdür və buna görə biz həm Azərbaycan rəhbərliyinə, həm də Azərbaycan xalqına çox minnətdarıq", - deyə səfir bildirib.