Biz çox şadıq ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bu cür festivalda iştirak edirik. Bu, həmişə bizim arzumuz olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli kulinar Yusuf Türkmən söyləyib.
Belə festivalların keçirilməsinin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması baxımından çox gözəl fürsət olduğunu söyləyən Yusuf Türkmən deyib: "Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalının təşkilindən çox məmnunuq. Bu gün bizim üçün burda olmaq şərəfdir. Hər kəsin bura gəlməsini, bu gözəl şəhəri səyahət etməsini tövsiyə edirəm".
AZƏRTAC