Türkiyə-Azərbaycan qardaşlığı qürur doğurur
Digər xəbərlər

Türkiyə-Azərbaycan qardaşlığı qürur doğurur

Dünyada çətin mürəkkəb proseslərin getdiyi bir vaxtdayıq. Güc amili hər zaman olduğundan daha mühüm əhəmiyyət kəsb edir. Dünyanın istər böyük supergücləri, istərsə kiçik dövlətləri özlərini müasir texnologiyalar hərbi təchizat baxımından daha da gücləndirməyə çalışırlar. Dünyada bu qədər mürəkkəb situasiyaların olduğu bir vaxtda Türkiyə Azərbaycanın qardaşlığını, həmrəyliyini bütün dünya qibtə ilə izləyir. Hər iki ölkənin dövlət başçılarının timsalında Türkiyə Azərbaycan arasında mövcud olan dostluq qardaşlıq münasibətlərinin növbəti təzahürünü aprel ayının 29-da İstanbulda keçirilən TEKNOFEST aerokosmik texnologiya festivalında gördük. Əminliklə deyə bilərik ki, dövlət başçıları arasında olan səmimi dostluq, qardaşlıq iki ölkə arasında münasibətlərin simvoluna çevrilib.

Azərbaycan Türkiyə tarixin bütün dövrlərində, çətin gündə , xoş gündə hər zaman bir-birinin yanında olub. Bunun ən gözəl örnəyini 44 günlük Vətən müharibəsində gördük. Bütün dünya Azərbaycan Türkiyə dostluğunun, qardaşlığının şahidi oldu. Müharibənin başladığı ilk andan etibarən son anına qədər Türkiyə, başda Prezident R.T.Ərdoğan olmaqla haqq-ədalət savaşımızda mənəvi-siyasi dəstək nümayiş etdirdilər. Bu haqda Prezident İlham Əliyev Teknofest festivalındakı nitqində xüsusilə qeyd edib: "...İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi". Şübhəsiz ki, qədər Türkiyə Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh barış o qədər möhkəm olacaqdır. Bunu bütün dünya İkinci Qarabağ müharibəsi zamanı bir daha gördü. Türkiyə Azərbaycanın yanında idi. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inamımızı daha da möhkəmləndirdi. Əlbəttə, Azərbaycan xalqı bu dəstəyi heç zaman unutmayacaq.

İki il əvvəl imzalanmış Şuşa Bəyannaməsi haqqında danışan cənab Prezident İlham Əliyev imzalanan bu sənədin Türkiyə Azərbaycanı rəsmən müttəfiq etməklə yanaşı, bu tarixi sənədin qala şəhərimizdə imzalanmasının əhəmiyyətini xüsusilə vurğulayıb. Bəyannamənin Şuşada imzalanmasının xüsusi önəmi var. Çünki Şuşa Azərbaycanın, eləcə Türk dünyasının əziz şəhəridir. Prezident qardaş ölkənin beynəlxalq nüfuzundan danışaraq qeyd edib ki, Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat eyni zamanda siyasi mərkəzinə çevrilib.

Danılmaz həqiqətdir ki, modern müdafiə sənayesi sahəsində Türkiyə dünyanın lider dövlətlərindən biridir. Ötən 20 ildə Türkiyənin müdafiə sənayesi sahəsindəki sıçrayışını bütün dünya heyranlıqla izləyir. Bu baxımdan, qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin "ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir" sözləri iki dövlət arasında qardaşlığın qədər möhkəm olduğunu bir daha nümayiş etdirdi. Həmçinin bu sözlər hər birimizi qürurlandırdı.

Türkiyə Azərbaycan ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" olduğunu dəfələrlə sübut edib. Artıq proseslər onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin TEKNOFEST- dediyi kimi, Türkiyə Azərbaycan "Bir millət, iki dövlət, bir yumruq"dur.                                                                            

Tamam CƏFƏROVA,

Milli Məclisin deputatı.