Konstitusiya Məhkəməsi Palatasının iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) sorğusuna baxılıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) sorğusuna baxılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 14-nə təyin edilmiş iclasında baxılacaq.