Torpaqların idarəedilməsi sahəsindəki məsələlərlə bağlı müzakirələr
Region

Torpaqların idarəedilməsi sahəsindəki məsələlərlə bağlı müzakirələr

Dekabrın18-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və tabeliyindəki qurumların nümayəndələri ilə Şamaxı, Qobustan və Ağsu rayonları üzrə icra hakimiyyətinin əməkdaşları, yerli bələdiyyə sədrləri arasında görüş keçirilib. Dövlət Xidməti bildirir ki, tədbirdə dövlət və bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər və onların həlli istiqamətində əməkdaşlığın genişləndirilməsi, bu sahədə fəaliyyətin gücləndirilməsi məsələlərinə toxunulub.

Eyni zamanda, bələdiyyə torpaqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı, torpaq sahələrinin ayrılmasına dair rəyin verilməsi, icarəyə verilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatına uyğun istifadə edilməməsi hallarının aradan qaldırılması tədbirləri,mülkiyyətə və ya icarəyə verilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Nəriman Cavadov,

“Respublika”.