Maraqlı

"TikTok" ABŞ-nin platformanı qadağan etmə cəhdlərininin ifadə azadlığına zərər verəcəyini bildirib

"TikTok" xəbərdarlıq edib ki, ABŞ-nin sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq.

"Respublika" xarici KİV-ə istinadən xəbər verir ki, "TikTok" sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsinin təsdiqini pisləyib.

Sözçü ABŞ-nin "TikTok"-a qadağa qoyma cəhdinin 170 milyon amerikalının ifadə azadlığı hüququnu pozacağı barədə xəbərdarlıq edib, həmçinin ABŞ iqtisadiyyatına ildə 24 milyard dollar töhfə verən platformanın bağlanmasının 7 milyon biznesə zərər vuracağını deyib. Qeyd edək ki, ABŞ prezidenti Co Bayden qanunu Senatın təsdiq edəcəyi təqdirdə imzalayacağını və qüvvəyə minəcəyini açıqlayıb.