Tərtərdə sel sularının vurduğu ziyan aradan qaldırılır
Region

Tərtərdə sel sularının vurduğu ziyan aradan qaldırılır

Aprel ayının 30-u axşam saatlarında Tərtər rayonuna yağan aramsız yağış daşqınlara səbəb olub. Güclü yağışla əlaqədar yaranan sel nəticəsində rayonunun Dəmirçilər, Ağkənd və Çaylı kəndlərində  fərdi təsərrüfatlara, taxıl, arpa, yonca, meyvə bağlarına və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəymişdir.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmış, ötürücü su arxları təmizlənərək, kəndlərə daxil olan sel sularının qarşısının alınması işləri aparılır.

Mövcud vəziyyətlə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə sel hadisəsi baş verən Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması üçün təcili tədbirlərin görülməsinə dair tapşırıqlarını vermişdir.

Vəli VƏLİYEV,

“Respublika”