Azərbaycan-Gürcüstan-Türkiyə formatı hər üç ölkə üçün vacib əhəmiyyət kəsb edir
Digər xəbərlər

Azərbaycan-Gürcüstan-Türkiyə formatı hər üç ölkə üçün vacib əhəmiyyət kəsb edir

Azərbaycan, Gürcüstan Türkiyənin xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün yeri tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu Tbilisidə jurnalistlərə müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının hər üç ölkə üçün vacib əhəmiyyət kəsb edən uğurlu format olduğunu söyləyən X.Xələfov qeyd edib: "Biz bu günədək bu format çərçivəsində çox böyük işlər görə bilmişik bu üç ölkənin bundan sonra da bu istiqamətdə görə biləcəyi işlər çoxdur. Həm qarşılıqlı anlaşma etimadın olduğu siyasi sahədə, həm iqtisadiyyat, nəqliyyat, mədəni-humanitar digər sahələrdə bizim gündəliyimiz çox geniş zəngindir. Gündəliyimizdə olan bütün məsələlər üzrə nailiyyət qazanmağımız bu işləri irəli aparmağımız üçün potensialımız mövcuddur".