TARİXİ SƏRVƏTİMİZİ, MİLLİ-MƏNƏVİ  DƏYƏRLƏRİMİZİ QORUMAQ BORCUMUZDUR
Region

TARİXİ SƏRVƏTİMİZİ, MİLLİ-MƏNƏVİ  DƏYƏRLƏRİMİZİ QORUMAQ BORCUMUZDUR

Zəngin abidələri, milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli-əxlaqi dəyərləri, mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu tarixdə çoxdan isbat edib. Bu ali dəyərlər milli kimliyimizin göstəriciləridir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs mənəvi borcudur. Bəli, tarix mədəniyyət abidələri xalqın milli sərvətidir.

Bu zəngin mədəni irsinin, tarix mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə məqsədyönlü, ardıcıl tədbirlər görülmüşdür. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının taleyində, dövlətçiliyimizin tarixində, milli-mənəvi dəyərlərimizin qorunmasında əvəzolunmaz iz qoymuş, böyük xidmətlər göstərmişdir.

Onun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi milli-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi islahatlarla özünü təsdiqləyir. Ötən dövrdə qarşıya qoyulan vəzifələrdən biri ən qiymətli sərvətlərimiz olan tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimizi qorumaq, mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması ilə bağlı idi. Ötən illər ərzində cənab Prezident tərəfindən bu sahələrə göstərilən diqqət, imzalanan Fərman sərəncamlar bu vəzifələrin yerinə yetirilməsinə əsaslı zəmin yaratmışdır. Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 22 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Tarix-mədəniyyət qoruqları yaradılmışdır.

Aprelin 18-i Dünyada Beynəlxalq Abidələr Tarixi Yerlər Günü ilə əlaqədar Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında məlumat almaq üçün Qoruğun direktoru Cumalik Rəhimovla həmsöhbət olduq. O bildirdi ki, xalqın tarixini, mədəniyyətini özündə yaşadan, hazırkı vəziyyətə gətirib çıxaran tarixi abidələrin dəyəri əsrlər keçdikcə gündən-günə artaraq, nəsillərdən -nəsillərə ötürülərək xalqın milli sərvətinə çevrilmişdir. Zəngin tarixə malik olan xalqımızın keçmişimizi bizə andıran, şərəfini, qüdrətini, dövlətçilik ənənələrini özündə əks etdirən bu dəyərli abidələri irsi qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin borcumuzdur. Aprelin 18-i Dünyada Beynəlxalq Abidələr Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983- ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin tarixi yerlərin qorunmasına yönəltməkdir.

Abidələrin tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, Beynəlxalq Abidələr Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi landşaftının qorunması bərpası məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında" 18 aprel 1988-ci il tarixli 136 №-li qərarına əsasən elmi - tədqiqat müəssisəsi kimi təşkil olunmuşdur. Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №-li qərarı ilə təsdiq olunmuşdur. Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə , Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır. Qoruq 1482 hektar sahəyə malikdir. Bu ərazinin 610 hektar Samux rayonu inzibati ərazisi daxilindədir.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunda 43 ştat vahidindən ibarət - rəhbər heyət, fondların qorunması, komplektləşdirilməsi elmi-tədqiqatlar şöbəsi, ekspozisiya kütləvi ekskursiya şöbəsi, İnsan resursları şöbəsi, "Nizami Gəncəvi Kompleksi" filialı texniki heyət fəaliyyət göstərir. Qoruq ərazisində yerləşən hər bir tarix, mədəniyyət ərazisi dövlət tərəfindən qorunur.

Yarandığı dövrdən azı dörd dəfə yerini dəyişən Gəncə strateji cəhətdən əlverişli mövqedə yerləşdiyindən daim yadellilərin diqqət mərkəzində olmuşdur. Dəfələrlə dəhşətli zəlzələlərin qurbanı olan Gəncə, habelə monqolların, xarəzmlərin, gürcülərin, ərəblərin, rusların digər qəsbkarların hücumlarına məruz qalmışdır. Neçə-neçə dünya dövlətlərinin hərb meydanına çevrilən Gəncə ona dəyən zərbələrdən, ziyanlardan sarsılmamış, özündə güc, təpər taparaq dirçəlmiş, habelə inkişaf edərək möhtəşəm şəhərlər səviyyəsinə yüksələ bilmişdir. Gəncənin kökü, özülü möhkəm, sarsılmaz, yenilməzdir. İşğallar, təcavüzlər, təbii fəlakətlər Gəncə üzərində ancaq müvəqqəti qələbə çala bilmiş, şəhər yenə öz möhtəşəmliyini bərpa etmişdir.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna indiki Gəncə şəhərindən 6-7 kilometr şimal-şərqində yerləşən Qədim Gəncə ərazisi, Comərd Qəssab türbəsi, qala divarları, qala bürcü, körpü qalıqları, kəhriz quyuları, İmamzadə türbəsi Şeyx Nizaminin türbəsi - Nizami Gəncəvi Məqbərə Kompleksi aiddir. Qədim Gəncə şəhərini əhatə edən üçqatlı müdafiə səddləri qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə , məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən artıq şəhər qala divarı ilə əhatə edilmişdir. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Aran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilmişdir. 2004- ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Comərd Qəssabın məzarını məzarüstü türbəsinin bərpa işləri aparılmışdır. Abidənin bərpası zamanı Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpicləri istifadə edilmişdir. İmamzadə türbəsi, yaxud Göy İmam adı ilə tanınan kompleks Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks İmam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmışdır. Kompleksin əsas tərkib hissəsi türbə binası qəbiristanlıqdan ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 oktyabr 2019-cu il tarixində "Nizami Gəncəvi məqbərəsi" kompleksinin Qoruğun tərkibində fəaliyyətini davam etdirilməsi ilə bağlı sərəncam imzalamışdır. Gəncənin öz yerini bir neçə dəfə dəyişməsi ilə dahi şairimizin uyuduğu ərazi şəhərin kənarına, daha dəqiq desək, giriş hissəsinə düşüb. Nizami Gəncəvinin məzarı üstündə ucaldılan möhtəşəm türbə həm Azərbaycanın qərbi ilə şərqini birləşdirən ölkənin ən böyük magistral avtomobil xəttinin yaxınlığında qərar tutub. Bu da ona səbəb olub ki, Azərbaycanın dörd bir tərəfində yaşayan insanlar, həmçinin ölkənin qonaqları da heç olmazsa, ömürlərində bir dəfə dahi şairimizin məzarını ziyarət edib, onun ruhuna ehtiram göstərə bilsinlər. 2011-ci ildə abidə ətrafı əsaslı şəkildə abadlaşdırılan Nizami məqbərəsinin qranit tikilisinin uca nöqtəsinin yer səthindən hündürlüyü 22,4 metrdir.

Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun ofisi binası kimi istifadə etdiyi Gəncə Qala Qapıları Arxeologiya Etnoqrafiya Muzeyi Abidə Kompleksi Bakı-Gəncə magistral yolunun hər iki istiqamətində yerləşir. İki hissəni yeraltı tunel birləşdirir. Kompleks 5 mərtəbəsi əsas olmaqla ümumi 7 mərtəbəlidir 22 metr hündürlüyündədir. Muzeyin tikilişinə 2012-ci ildə başlanmış 2014- ildə başa çatmışdır. Muzeyin mərtəbələrində Gəncə şəhərinin tarixini, mədəniyyətini əks etdirən bir neçə bölmə yerləşdirilmişdir. Bunlara Nizami Gəncəvinin xələf sələflərinin şəkillərindən ibarət rəsm qalereyası, dulusçuluq misgərlik bölməsi, sivilizasiya milli geyim sərgisi, həmçinin toxuculuq xalçaçılıq bölmələri daxildir.

Qoruqda görülən işlərlə yanaşı, müəyyən problemlər mövcuddur. Ən başlıca problem isə 59 inventar nömrəsi ilə qeydə alınmış dünya əhəmiyyətli "Qədim Gəncə ərazisi" daxil olan abidələr (qala divarının qalıqları, qala bürcü qalıqları, körpü qalıqları) yerləşən əraziyə iri yük maşınları ilə külli miqdarda məişət təsərrüfat tullantıları töküldüyü üçün ərazi çirkləndirilmişdir. Ərazidə son zamanlar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təmizləmə işlərinə başlanmış, ərazinin müəyyən hissəsi məişət təsərrüfat tullantılarından təmizlənmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, ərazidə təmizləmə işləri hissə-hissə mərhələli şəkildə davam etdiriləcəkdir.

Zabit XƏLİLOV,

"Respublika".