Tarixi-mədəni abidələr qayğı ilə bərpa olunur
Digər xəbərlər

Tarixi-mədəni abidələr qayğı ilə bərpa olunur

Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi qələbə dövlətimizin gücünü bütün dünyaya bir daha göstərdi. Xalqımızın yumruq kimi Prezident İlham Əliyevin ətrafında  vahid amal uğrunda birləşməsi bizi zəfərimizə qovuşdurdu. 30 il düşmən tapdağı altında qalmış Qarabağ Şərqi Zəngəzur işğaldan azad edildi. 2020-ci il sentyabrın 27- başlayan 44 gün davam edən döyüşlərdə  Azərbaycanın tarixi ədaləti təkbaşına bərpa etməsi dövlətimizin qüdrətinin göstəricisidir.

30 illik işğal dövründə xain ermənilər gözəlliyi dillərə dastan olan Qarabağı talamış, mədəni irsimizə zərər vermiş, xalqımızın tarixi izlərini buradan silməyə cəhd etmişlər. Bütün bunlar kifayət deyilmiş kimi, düşmən bölgədəki məscidlərimizi təhqir etmiş, ziyarətgahlarımızda donuz saxlamışdır. Qeyd etməli olduğumuz ən vacib məqamlardan biri düşmənin əraziləri tərk edərkən torpaqlarımızı minalamasıdır. Ermənilərin həyata keçirdiyi bu cür mənfur planlara baxmayaraq, hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma bərpa işləri sürətlə davam edir. Bölgənin cənnətməkana çevrilməsi prosesində Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Xüsusi vurğulamaq lazımdır ki, Fond fəaliyyətə başladığı ilk gündən müxtəlif layihələr reallaşdırmışdır. Heydər Əliyev Fondunun əsas prioritetlərindən biri isə məhz tarixi, dini mədəni abidələrin qorunmasıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2020-ci il dekabrın 8- rəsmi "Instagram" səhifəsindəki paylaşımında yer alan fikirlər bunu bir daha təsdiqləyir: "Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır". Mehriban Əliyevanın göstərişi ilə bərpa layihələrinə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər cəlb edilmişdir. Belə ki, Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan digər ölkələrdən olan mütəxəssislər Qarabağın dirçəldilməsinə öz töhfələrini verməkdədir. Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin, Mehmandarovların malikanə kompleksinin bərpası Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərə göstərdiyi diqqət qayğısının ən bariz nümunəsidir.

Azad olunmuş ərazilərdə Şuşanın özünəməxsus yeri var. Qarabağın ürəyi adlandırılan bu şəhərin bərpasına isə Heydər Əliyev Fondu tərəfindən xüsusi diqqət ayrılmışdır. Qeyd edək ki, Şuşa bu il "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bundan başqa, Prezident İlham Əliyevin müvafiq Sərəncamına  əsasən 2022-ci il "Şuşa İli" kimi yadda qalmışdır.

Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərə baş tutan vaxtaşırı səfərləri dövlətimizin yenidənqurma prosesinə necə həssas yanaşdığından xəbər verir. Bu il mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olmuş, Saatlı məscidinin açılışında iştirak etmişlər. Xatırladaq ki, Şuşanın işğalı dövründə digər məscidlər kimi, Saatlı məscidi ermənilərin vandallığı nəticəsində viran günə qalmışdır. Amma 2021-ci ilin dekabrında Heydər Əliyev Fondu məsciddə bərpa işlərinə başlamışdır. Proses "PAŞA Holding"in maliyyə dəstəyi Azərbaycan, İtaliya, Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə məscidin orijinal memarlıq üslubuna uyğun olaraq aparılmışdır. 1883- ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunan dini ibadət evinin əvvəlki yerində Molla Pənah Vaqifin vaxtilə dərs keçdiyi bir-birinə bitişik mədrəsə məscid binaları fəaliyyət göstərmişdir.

Bərpa işləri zamanı 30 illik işğal dövründə düşmən tərəfindən məscidə edilən müdaxilələr aradan qaldırılmış, divarların gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Əlavə olaraq, məscidin minarəsinin üzərindəki naxışların ilkin rəngi müəyyənləşdirilmiş, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanmaqla təmir edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ailə üzvləri, Şuşa Milli Xalça Muzeyinin açılış mərasimində iştirak  ediblər. 1987-ci ildən etibarən Şuşa şəhərində XIX əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlayan muzeydə ümumilikdə 115 ədəd xovlu xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə geyim dəstləri, zərgərlik bədii metal nümunələri nümayiş olunur. Bütün bunlar bir daha Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən yenidənqurma işlərinin Qarabağın çiçəklənməsində əvəzsiz rolu olduğunu deməyə əsas verir.

Nəzrin ELDARQIZI,

"Respublika".