Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 60 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 60 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 60 yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

 İndiyədək ölkədə ümumilikdə 823 min 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 68 nəfər müalicə olunaraq sağalıb, 9 min 948 nəfər vəfat edib. Aktiv xəstə sayı 302 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 956, bu günə qədər isə ümumilikdə 7 milyon 323 min 276 test icra olunub.

AZƏRTAC