SOCAR və Tatneft şirkətləri arasında əməkdaşlığa dair Yol Xəritəsi
Gündəm

SOCAR və Tatneft şirkətləri arasında əməkdaşlığa dair Yol Xəritəsi

SOCAR və Tatneft şirkətləri arasında əməkdaşlığa dair Yol Xəritəsi hazırlanıb.

"Respublika" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki profilində paylaşıb. 

"SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Tatneft şirkətinin baş direktoru Nail Maqanov ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının prioritet istiqamətləri, energetika sahəsində həyata keçirilən layihələr və birgə istehsalın təşkili imkanları barədə fikir mübadiləsi apardıq. Görüş çərçivəsində SOCAR və Tatneft şirkətləri arasında imzalanmış əməkdaşlığa dair Yol Xəritəsi-nin icrası tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcək", - deyə nazir bildirib.

Töhfə SƏMƏDOVA,

"Respublika".