Sloveniyada qırmızı təhlükə səviyyəsi elan edilib
Dünya xəbərləri

Sloveniyada qırmızı təhlükə səviyyəsi elan edilib

Sloveniya Respublikası Ətraf Mühitin Mühafizəsi Agentliyi güclü yağıntılar səbəbindən ölkənin şimal-şərq, şimal-qərb və mərkəzi hissələri üçün qırmızı təhlükə səviyyəsi elan edib.

"Respublika" xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

Bildirilib ki, gecə yarısına qədər qüvvədə olacaq qırmızı təhlükə səviyyəsi uzun sürən leysan yağışlarla əlaqədar elan edilib, eyni zamanda su səviyyəsinin daha da qalxması və su axarlarında daşqınlar gözlənilir.

Agentliyin məlumatına görə, Sloveniyanın şimal, şimal-qərb və mərkəzi bölgələrinin bəzi rayonlarında artıq 140 mm-dən çox yağış yağıb. Bəzi yerlərdə bu, orta aylıq göstəriciyə uyğun gəlir. 

Nəzrin ELDARQIZI,

"Respublika".