Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiyalaşdırma naziri Riçard Raşidən
Məktublar

Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiyalaşdırma naziri Riçard Raşidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası vətəndaşlarının müasir tarixdə ilk dəfə olaraq öz vətənlərinin bütün ərazisində seçki hüququndan istifadə edə bilmələri əlamətdar hadisədir və bu tarixi hadisə ölkənizin tam suverenliyini təsdiq edir.

Fürsətdən istifadə edərək ölkələrimizin nəinki qoruyub saxladığı, həmçinin sistemli şəkildə dərinləşdirdiyi möhkəm dostluq münasibətlərini vurğulamaq istəyirəm. Slovakiya Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafından tutmuş beynəlxalq səviyyədə qarşılıqlı dəstəyə qədər bir sıra sahələrdə əməkdaşlığı yüksək qiymətləndirir.

İnanıram ki, ikitərəfli əməkdaşlığımız qarşılıqlı anlaşma və ümumi maraqlar naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Riçard RAŞİ,

Slovakiya Respublikasının investisiyalar,

regional inkişaf və informasiyalaşdırma naziri.