Şəkər çuğunduru istehsalının artırılmasına dövlət qayğısı
Sosial həyat

Şəkər çuğunduru istehsalının artırılmasına dövlət qayğısı

Fermerlərin maddi rifah halının yaxşılaşdırılması istiqamətində daha bir addım atılıb. "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC məhsul yığımı ərəfəsində şəkər çuğundurunun fermerlərdən tədarük qiymətinin artırılması barədə qərar qəbul edib.   

“Respublika” xəbər verir ki, qərara əsasən, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC tərəfindən 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə qəbul olunacaq şəkər çuğundurunun alış qiymətləri ötən illə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə uyğun olaraq 4 manat artılıb.

Bununla da şəkər çuğundurunun 1 tonunun alış qiyməti orta hesabla 12faiz    şəkərliliklə 65 manatdan 69 manata, 13% şəkərliliklə 68 manatdan 72 manata, 14% şəkərliliklə 73 manatdan 77 manata, 15% şəkərliliklə 77 manatdan 81 manata və 16% şəkərliliklə 81 manatdan 85 manata qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, şəkər çuğundurunun əkin sahələri ildən ilə genişləndirilir və artıq 5 min hektarı ötüb. Həmin sahələrdən 223 min tona yaxın məhsul toplanıb ki, bu da hər hektrdan 455 sentner şəkər çuğunduru deməkdir. 2023-cü təsərrüfat ilində isə respublikanın 22 rayonunda 4534.9 hektar sahədə şəkər çuğunduru əkilib və bol məhsul gözlənilir.

Nəriman  Cavadov,

“Respublika”