Şəhid və qazi ailələrinin övladları üçün təlim-tədris proqramı
Digər xəbərlər

Şəhid və qazi ailələrinin övladları üçün təlim-tədris proqramı

Azərkosmosun Korporativ Sosial Məsuliyyət fəaliyyəti çərçivəsində şəhid və qazi ailələrinin övladlarının təhsil, peşə hazırlığı və yaradıcı potensialının inkişafı istiqamətində rol oynayacaq geniş təlim proqramlarına start verilib. İlk qrupun məktəbli iştirakçıları “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təqdim edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mətbuat xidmətin bildirir ki, Təlim proqramı hər iştirakçı qrupu üzrə iyul ayınadək davam edəcək. Çox sayda məktəblinin cəlb olunacağı təlim proqramının gündəliyində “Posttravmatik reabilitasiya”, “Biznesin əsasları”, “Kritik düşüncə tərzi”, “İntensiv fiziki oyunlar” mövzusunda təlimlər yer alıb.

Bu təlimlər sayəsində 10-14 yaş arasında olan məktəblilər gələcək karyera seçimlərində “yumşaq” vərdişlərin formalaşması, psixoloji reabilitasiya, idman fəaliyyətləri vasitəsilə stresin idarə olunması kimi proqramlarda iştirak edəcəklər.