Şəhid övladının doğum günü qeyd olunub
Region

Şəhid övladının doğum günü qeyd olunub

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan igidimiz  Ramil Musayevin övladının 2 yaşı tamam olub. 

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə və onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və əməkdaşları Vətən müharibəsinin şəhidi Ramil Musayevin  övladının doğum gününü təbrik ediblər. Şəhidimizin vəfatından sonra dünyaya gələn Ramilə hədiyyələr təqdim edilib.

Şəhidimizin evində olan idarə və müəssisə rəhbərləri, ictimaiyyətin nümayəndələri balaca Ramilin doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər.

Şəhidi anası Nəsibə Musayeva şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

M.QULUYEV,

“Respublika”.