Sədr müavini: Ötən il Hesablama Palatası büdcənin nəzarəti istiqamətində 100 bal toplayıb
İqtisadiyyat

Sədr müavini: Ötən il Hesablama Palatası büdcənin nəzarəti istiqamətində 100 bal toplayıb

Ötən il Hesablama Palatası büdcənin nəzarəti istiqamətində 100 bal toplayıb.

"Respublika" xəbər verir ki, bu barədə Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov “Dövlət Borcunun qlobal çağırışlarına cavab” mövzusuna həsr olunan tədbirdə deyib.

O bildirib ki, bu bal adekvat kimi qiymətləndirilib.

“Rəqəmlər 125 ölkə arasında ən yüksək göstəricidir ki, bu da Hesablama Palatasının səmərəli fəaliyyətini nümayiş etdirir. Eyni zamanda, Birləşmiş Krallıq və Cənubi Afrika da büdcənin nəzarəti istiqamətində 100 bal toplayıb”, - deyə sədr müavini əlavə edib.