Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan
Məktublar

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

Sizin həyat yolunuz quruculuqdur və bu, bütün qüvvənizi və fərqli liderlik bacarığınızı həsr etdiyiniz xalqa xidmətlə sıx bağlıdır.

Sizin bütün daxili resursları birləşdirərək ölkənin inkişafına yönəltmək bacarığınız ictimaiyyətə zamanın çağırışlarının öhdəsindən uğurla gəlməyə şərait yaradan mühüm amildir. Respublikada Sizin rəhbərliyinizlə həyata keçirilən irimiqyaslı iqtisadi və humanitar layihələr onun tərəqqisi üçün geniş imkanlar yaradır.

Rusiyada Azərbaycana xüsusi səmimiyyətlə və sevgi ilə yanaşırlar. Siz dövlətlərarası sazişlərin praktiki icrasına yardım etməklə ölkələrimizin xalqları arasında əlaqələrin möhkəmlənməsi üçün Rusiya və Azərbaycanın uğurlu gələcəyinin zəmanətinə çevriləcək möhkəm təməl yaradırsınız.

TASS öz fəaliyyətində respublikanın həyatında baş verən əsas hadisələrin işıqlandırılmasına mühüm diqqət ayırır. Ümid edirəm ki, bizim informasiya əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə çıxacaq.

İcazə verin, Sizə doğum gününüzdə dərin ehtiramımı ifadə edim, möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə yeni-yeni müvəffəqiyyətlər arzulayım.

Hörmətlə,

Andrey KONDRAŞOV,

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru.