Rusiya Federasiyası Novosibirsk vilayəti Qanunverici Məclisinin sədr müavini Mayis Məmmədovdan
Məktublar

Rusiya Federasiyası Novosibirsk vilayəti Qanunverici Məclisinin sədr müavini Mayis Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Novosibirsk vilayəti ərazisində yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti vəzifəsində ölkə iqtisadiyyatının dayanıqlılığının artırılması, dövlətin ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanılması, sülh və anlaşmanın möhkəmləndirilməsi üzrə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Biz, soydaşlar yaşadığımız ölkədən asılı olmayaraq, Sizin dünya səviyyəli siyasətinizlə fəxr edir və qürur duyuruq. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərimizi əsirgəmirik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Biz daim sizinləyik.

Hörmətlə,

Mayis MƏMMƏDOV,

Rusiya Federasiyası Novosibirsk vilayəti,

Qanunverici Məclisinin sədr müavini.