Qızılın qiyməti yenə də bahalaşıb
İQTİSADİYYAT

Qızılın qiyməti yenə də bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (avqust müqavilələri üzrə) 0,38% artaraq, 1 944,4 ABŞ dollarına bərabər olub.

"Respublika" xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (sentyabr müqavilələri üzrə) isə 0,73% artaraq, 23,45 dollar təşkil edib.