Qırğızıstandakı “Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri Xansıvar Baxşəliyevdən
Məktublar

Qırğızıstandakı “Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri Xansıvar Baxşəliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi “Birlik” Azərbaycanlıların İctimai Birliyi adından doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Biz, Qırğızıstanda yaşayan azərbaycanlılar tarixi Vətənimizə böyük sevgi hissi bəsləyir, öz adət-ənənələrimizi, mədəniyyətimizi hər zaman əziz tuturuq.

Sizin komandanlığınızla 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edildiyi 2020-ci il və antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyi 2023-cü il bizim üçün müstəsna illər oldu. Bu möhtəşəm qələbələr Sizin - Müzəffər Ali Baş Komandanımızın parlaq strategiyası sayəsində əldə edildi. Bu gün Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan güclü iqtisadiyyata və orduya malikdir. Qürur hissi ilə bildiririk ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan möhtəşəm qələbələr qazanıb.

Cənab Prezident, biz Sizin siyasətinizi dəstəkləyirik. İnanırıq ki, Azərbaycan Sizin rəhbərliyinizlə bundan sonra da sürətlə inkişaf edəcək, dünya siyasi arenasında öz mövqeyini daha da gücləndirəcək, yeni-yeni zəfərlər qazanacaq.

Fürsətdən istifadə edib Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, gələn ilin fevralında keçiriləcək prezident seçkilərində dəstəyimizi ifadə edirik.

Hörmətlə,

Xansıvar BAXŞƏLİYEV,

Qırğızıstandakı “Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri.