Qərbin ikili standartları ədalətə kölgə salır
Siyasət

Qərbin ikili standartları ədalətə kölgə salır

İkili standartlardan qaynaqlanan ədalətsizlik, geosiyasi maraqların toqquşması nəticəsində bölgələrdə yaranan gərginlik ən çox müsəlman ölkələrinə təsir göstərir. Dövlətlərin suverenliyi, müstəqilliyi üçün ən böyük təhlükə olan ikili standartlar güclünün gücsüz üzərində hakimliyi olmaqla, beynəlxalq hüquq normalarını da, ədaləti "gücsüzləşdirir". Geosiyasi maraq, mənafe intriqaları təmin etmək üçün tətbiq edilən, bəla kimi dünya dövlətlərini zəiflədən ikili standartların manipulyasiya, təzyiq vasitəsi, ən qorxulusu isə beynəlxalq normaya çevrilməsi adi hal alıb. Beynəlxalq hüquq normalarını qəbul edən dövlətlər özləri bu normaları pozurlar. Məhz buna görə münaqişələr uzun illər həll edilmir.

Azərbaycan-Ermənistan münasibətlərini buna misal göstərə bilərik. Ermənistan 30 il torpaqlarımızı işğal altında saxlayanda, beynəlxalq hüquq normalarını kobud şəkildə pozanda, BMT-nin qəbul etdiyi 4 qətnaməyə etinasız yanaşanda heç bir xarici təşkilat bu məsələ ilə bağlı irəli addım atmadı, həll yolu "tapa bilmədi". BMT Təhlükəsizlik Şurasının qərarlarını qulaqardına vuran həmin qurumlar ya birbaşa, ya da dolayısı ilə işğalçı Ermənistana dəstək verirdilər. Fransa İran dövlətlərinin, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin, Corc Soros Fondunun, UNESCO-nun, daha bir neçə dövlətin beynəlxalq təşkilatın bu məsələdə öndə getmələri hamımızın yaddaşındadır. Onlar təcavüzkarı öz adı ilə çağırmamaqla, işğalı dayandırmasını tələb etməməklə Ermənistana mane olmadıqlarını büruzə verirdilər. Münaqişənin diplomatik yolla həll olunması üçün 30 il gözləyən Azərbaycan isə il keçdikcə daha çox şəhid verir, erməni təxribatlarının ardı-arası kəsilmirdi. Dövlətimizin səbir kasası isə artıq 27 sentyabr 2020-ci il tarixində daşdı. Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad etdi, bununla da beynəlxalq ədaləti bərpa etmiş oldu. Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə Cənubi Qafqaz regionunda tamamilə yeni reallıqlar yaratdı. Hazırda Azərbaycan bölgədə əsas söz sahibi olan dövlət kimi çətin mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan-Avropa İttifaqı münasibətləri yüksələn xətt üzrə inkişaf etdi. Avropa İttifaqı üçün Azərbaycan bu gün enerji təhlükəsizliyi strateji kommunikasiya sahələrində ən etibarlı tərəfdaşdır.

Lakin onu da qeyd edək ki, Avropa Parlamentinin Azərbaycana yönəlik qərəzi illərdir ki, davam edir. Bir qrup ermənipərəst deputatın əlində alətə çevrilən bu qurum Azərbaycan əleyhinə qətnamələr qəbul etməklə işğala, separatizmə, qanunsuz hərəkətlərə dəstək verdiyini sübut edir. Belə hallardan biri ötən il dekabrın 12- Laçın yolunda ekoaktivistlərimizin başlatdığı aksiya ilə bağlı AP-nin ölkəmizə qarşı obyektivlikdən uzaq, böhtan xarakterli qətnamə qəbul etməsidir. Qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokada"da olması kimi iddialar, eləcə artıq arxivə düşən "Minsk qrupu", "status", "Dağlıq Qarabağda ətrafında" kimi keçmiş, sərsəm gündəlikdə ümumiyyətlə olmayan məsələlər qeyd edilib. Aydındır ki, layihədə əksini tapan bəndlərin heç biri reallığı əks etdirmir birbaşa Ermənistanla normallaşma prosesinə, Qarabağın erməni icması ilə başladılan müzakirələrə ziyan vurmaqdan başqa məqsəd daşımır. AP-nin "status", "Dağlıq Qarabağ", "Minsk qrupu" s. kimi artıq keçmişdə qalan məsələləri yenidən dirçəltmək cəhdi bu qurumun qərəzinin, qeyri-şəffaflığının pik həddidir. Azərbaycan Respublikasının Milli Məclisi bu qətnaməyə yerində zamanında öz etiraz bəyanatını yaydı. Ermənistanın sərsəm diplomatiyasının təsiri altında olan, bir sıra deputatlarının irqçi, türkofob, Azərbaycanofob, islamofob mövqelər ikili standartlar sərgiləyən AP təəssüf ki, ərazi bütövlüyünə yanaşmada da ikili standartlardan çıxış edir. Yəni onların ərazi bütövlüyü anlayışına yanaşması ancaq Ermənistan kontekstində keçərlidir. Belə olmasaydı, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına, bir milyona yaxın soydaşımızın didərgin düşməsinə, etnik təmizləməyə məruz qalmasına, ərazilərimizin darmadağın edilməsinə göz yummazdı. Ümumiyyətlə, açıq-aydın bəlli olur ki, harada türk müsəlman amili varsa, orada Qərbin ikili standartı işə düşür. AP-nin Azərbaycana bu cür qərəzli münasibəti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin təhlükəsizliyin təmin olunması istiqamətindəki səylərinə, bütövlükdə normallaşma prosesinə ziddir. Görünən odur ki, Qərbin bir sıra dövlətləri təşkilatları Azərbaycanın 44 gündə qazandığı ədalətli qələbəsini həzm edə bilmir. Əslində Qərb Azərbaycanın haqlı olduğunu yaxşı başa düşür, lakin Cənubi Qafqazda liderlik əldə etmək üçün gah Azərbaycana, gah Ermənistana dəstək verir.

Mayın 3- Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyev Qərbin ölkəmizə qarşı hələ davam edən "ikili standart" siyasətindən danışıb: "Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi mövcuddur".

Əgər Qərb münaqişələrdən həqiqətən xilas olmaq istəyirsə, fərqli münasibətlərə tolerant yanaşmağı bacarmalıdır.

Nuranə DAXİLQIZI,

"Respublika".