Qərbi Azərbaycan İcması:
Gündəm

Qərbi Azərbaycan İcması:"Bu, Fransa cəmiyyətinin sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulduğunu nümayiş etdirir"

Fransız deputatların Fransa-Azərbaycan dostluq qrupunu tərk etmək barədə açıqlamaları bir daha Fransa cəmiyyətinin sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulduğunu nümayiş etdirir.

Bunu Qərbi Azərbaycan İcmasından bildiriblər.

Qeyd olunub ki, qondarma qurumun özünü buraxması qərarından mütəəssir olan deputatların bəyanatları həm də onların beynəlxalq hüquqa həqarətli münasibətini və riyakarlığını göstərir.