Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesi
Siyasət

Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1- Xocalı şəhərində keçirilmiş görüşün ardınca Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsində Bakı şəhərində növbəti görüşün keçirilməsini bir daha təklif edib.

Mövzu ilə əlaqədar danışan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızının sözlərinə görə, bu təklif bir daha onu göstərir ki, Azərbaycan dövləti beynəlxalq təşkilatlar qarşısında, eləcə 2020-ci il 10 noyabr Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Bəyanatı ilə götürdüyü öhdəliklərə sadiqdir.

"Ermənistan ötən iki il ərzində, yəni Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra yenə öz təxribatçı mövqeyini nümayiş etdirir. Bu, bir daha göstərir ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ermənistanı 44 günlük Vətən müharibəsi zamanı məğlub etsə , Paşinyan özü rüsvayçı məğlubiyyətini etiraf edən sənədə imzasını atsa da, bu işğalçı dövlət götürdüyü öhdəlikləri həyata keçirmir, əksinə pozur. Təbii ki, Ermənistan bu məsələdə Fransa kimi ikiüzlü, riyakar dövlətlərin dəstəyinə arxalanır. Möhtərəm Prezidentimiz 44 günlük Vətən müharibəsi bitəndən sonra bəyan etdi ki, biz artıq bölgənin yeni tarixi səhifəsini açırıq, biz haqq, ədaləti bərpa etdik. Otuz il Azərbaycan xalqı Ermənistanın işğalına son qoymaq üçün sülh, danışıqlar yoluna üstünlük verdi. Lakin 30 il ərzində bir addım da irəliləyiş olmamışdır, beynəlxalq təşkilatlar da riyakar, ikili standartlar əsasında öz fəaliyyətlərini dünyaya nümayiş etdirmişdir. İstər BMT-nin Təhlükəsizlik Şurası, istərsə ATƏT-in keçmiş Minsk qrupu həmsədrləri, bütün beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığına sadəcə seyrçi münasibət göstərmiş Azərbaycanın 1 milyon qaçqını 20 faiz torpaqlarının işğal altında olmasına baxmayaraq, sakit, səssiz, lal kar dayanmışdılar. Bir daha bütün tarixi proseslər göstərdi ki, Azərbaycan xalqı qədər sülhniyyətli bir xalqdır bölgənin taleyinin həll olunmasında ölkəmizin müstəsna rolu var. Azərbaycan bölgədə dayanıqlı sülh inkişafın qarantıdır. Buna baxmayaraq, işğalçı Ermənistan, daha doğrusu radikal millətçi erməni siyasətçiləri Ermənistan hökumətində təmsil olunan bu radikal millətçilər hələ düşünürlər ki, bəlkə geriyə dönəcəklər. Prezidentimizin dilindən dəfələrlə səslənib ki, Xankəndidə yaşayan erməni icması, etnik ermənilər Azərbaycan Respublikasının vətəndaşlarıdır digər etnik milli azlıqlar eləcə azərbaycanlılarla bərabər hüquqlara malikdirlər, onların problemi Azərbaycan dövlətinin problemidir. Ermənistandan fərqli olaraq, Azərbaycan monoetnik bir dövlət deyil. Azərbaycan polietnik bir dövlətdir.

Martın 13- Qarabağ ermənilərinə təqdim olundu ki, Qarabağın gələcək inkişaf infrastruktur layihələrinin həyata keçirilməsində onların fikirlərini almaq istəyirik. Lakin bu günə qədər hələ cavab yoxdur. Bu, bir daha göstərir ki, istər Ermənistan ictimaiyyəti olsun, dövləti öz radikal təcavüzkar niyyətlərində, fikir düşüncələrindədirlər. Bu xalqın beyni o qədər zəhərlənib ki, müalicəsi çox çətindir. Möhtərəm Prezidentimiz çox böyük səbrə malik bir dövlət adamıdır, o, ancaq xalqının, dövlətinin, milli maraqlarına uyğun olan siyasət həyata keçirir. İndi hər şeydən çıxış yolu var, hələ ki təklifə biryolluq yox da deyilməyib. Təbii ki, təklif müsbət qarşılanarsa, danışıqlar davam etdiriləcək. Möhtərəm Prezidentimiz 2020-ci ildə 8 noyabr qələbəsindən sonra Ermənistana sülh əlini uzatdı. Lakin çox təəssüf ki, zehinləri zəhərlənmiş bu xalqın radikal millətçi rəhbərləri öz xalqının gələcəyini istəmir. Ermənistanın erməni xalqının qurtuluşu ancaq Türkiyə Azərbaycanla xoşniyyətli qonşuluq, dostluq əlaqəsindən asılıdır. Başqa yol yoxdur.

Sülhün daimi dəstəkçisi olan Azərbaycan dövləti öz mövqeyini hər zaman qoruyub saxlayıb. Bu təkliflə Azərbaycan bütün dünyaya xoşniyyətini bir daha sübut edir. İllər boyu xalqımıza qarşı etdikləri xəyanətlərə baxmayaraq, Prezident İlham Əliyevin ermənilərə sülh təklifi dünya üçün nümunədir.

Nəzrin CAVADZADƏ,

"Respublika".