Qarabağ və Şərqi Zəngəzur: minalarla ən çox çirklənmiş ərazi
Siyasət

Qarabağ və Şərqi Zəngəzur: minalarla ən çox çirklənmiş ərazi

İki il yarımdır ki, müharibə qurtarıb, haqq, ədalət zəfər çalıb, torpaqlarımız işğalçılardan azad edilib, erməni ideoloqları tərəfindən süni yaradılan erməni mifi dağıdılıb, düşmənin hərbi ideoloji dayaqları uçurulub, silahlı qüvvələri məğlubiyyətə uğradılıb.

Döyüş meydanında uduzan Ermənistan zəbt etdiyi torpaqlarımızı başdan-başa minalamaqla xain niyyətindən əl çəkməyib. Qeyd edək ki, minalar yer üzündə mövcud olan ən "çirkli" silahdır. Təxmini hesablamalara görə, erməni işğalçıları torpaqlarımıza bir milyondan çox mina basdırıblar, bilərəkdən yurd yerlərimizi ölümsaçan qurğularla zəhərləyiblər.

Ermənistan Gümrüdəki zavodda mina istehsalını bu gün də davam etdirir və imkan daxilində Azərbaycan ərazilərini minalamaq cəhdlərindən əl çəkmir. Keçən ilin avqustunda Sarıbaba kəndi istiqamətində yaşanan gərginlik zamanı minalanma problemi özünü qabarıq şəkildə göstərdi. Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edildi. Müdafiə Nazirliyinin məlumatına görə, təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Ötən ilin avqust ayından keçən müddətdə Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı olan minalar (ümumilikdə 2728) aşkar edilib. Hərbi mütəxəssislərin hesablamalarına görə, son 32 ildə Azərbaycanın 3 min 360-dan çox vətəndaşı Ermənistan tərəfindən basdırılan minaların qurbanına çevrilib. Onlardan 294 nəfəri müharibə başa çatdıqdan sonrakı dövrdə xəsarət alıb ya həyatlarını itirib. Təəssüflər olsun ki, bu barədə bölgədə sülhü sabitliyi yaratmaq vəzifəsini üzərinə götürən, müvəqqəti nəzarət zonasında olan Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilmir. Danılmaz faktdır ki, Qarabağda ermənilərin yaşadığı ərazilərdə minalanma halları var özü bu proses Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yol 2023- il martın 25-dək ermənilərin rusların nəzarətində olub. Amma Azərbaycan Ordusu o ərazilərə yerləşdikdən sonra həmin kənddə mina partlayışı baş verdi. Bu, onu göstərir ki, həmin ərazi erməni kəşfiyyat-diversiya qrupları tərəfindən minalanıb. Xalqımız erməni təxribatlarının qurbanına çevrilən övladlarının itkisinə görə haqlı olaraq tələb edir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti erməni cinayətlərinə səssiz qaldığı bu proseslərin qarşısının alınması üçün tədbirlər görmək əvəzinə erməni silahlılarına kuryerlik etdiyi üçün Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılsın.

Şanlı qələbədən sonra ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, koridorların açılması sonrakı mərhələdə isə hökumətin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərin, kəndlərin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları uğurla yerinə yetirilir. Həm sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi, həm gələcəkdə Böyük Qayıdışdan sonra insanların öz dədə-baba yurdlarında rahat təhlükəsiz yaşamalarını təmin etmək ən ümdə vəzifə kimi qarşıda dayanır. Hazırda minaaxtaranlar eyni zamanda, ikinci dərəcəli yolların, su xətlərinin, kanalların, kənd təsərrüfatı təyinatlı ərazilərin minalardan təmizlənməsi işlərini həyata keçirirlər. Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə minatəmizləmə bir neçə üsulla aparılır. Bir qrup mütəxəssis xüsusi detektorlar vasitəsilə zolaqların açılması ərazilərin təmizlənməsi üçün uzaqdan idarə olunan minatəmizləmə texnikaları ilə çalışır. Burada tank, piyada əleyhinə mina, hətta müxtəlif yerlərdə xüsusi asılmış minalar aşkarlanır. Mütəxəssislər deyir ki, elə hallarla rastlaşırıq ki, tank əleyhinə minanın üstündə piyada əleyhinə mina basdırılıb. Hətta bir minanın yanında üç mina aşkar edilir. Düşmən hər vasitə ilə çalışıb ki, azad edilmiş yurd yerlərinə qayıdan dinc azərbaycanlılar daha çox itki ilə üzləşsinlər. Qarşıya qoyulmuş tapşırıqları fədakarlıqla yerinə yetirən yerli minaaxtaran qruplarla yanaşı, qardaş Türkiyədən gəlmiş mütəxəssislər fəlakətin aradan qaldırılması ilə məşğuldurlar. Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə əraziləri çox ciddi şəkildə minalayıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.

Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi cəlb olunub. Xidmətin xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd qəsəbələrdə, eləcə içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Qeyd edək ki, minaaxtaranlar ən müasir avadanlıqlarla təchiz olunub bu sahədə beynəlxalq kurslarda iştirak edərək təcrübə qazanıblar. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən alınan "GCS-200" markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının Mühəndis Xidmət rəisinin köməkçisi Atabəy Şükürlü bildirir ki, "GCS (Global Clearance Solutions) - 200" markalı, kənardan idarəedilən müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda sursatlarla çirklənmiş ərazilərin təmizlənməsində köməyə çatır. Robotlar məsafədən idarəetmə pultuna malikdir kənardan idarə olunan aqreqat iki kovuşdan ibarətdir. Kovuşlardan biri ərazinin piyada əleyhinə minalardan, digəri isə tank əleyhinə minalardan təmizlənməsi üçün istifadə edilir. Robotun ən əsas göstəricilərindən biri odur ki, bir saat ərzində 1500kv.m. ərazini minalardan təmizləyə bilir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik bir qrup rəhbəri təhkim olunur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür. Qeyd edək ki, prosesə istehkamçılarla bərabər, xüsusi təlim keçmiş itlər qoşulub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.

Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışında bildirib ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bu ərazilərə bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il 25 milyard ABŞ dolları lazımdır. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. "Böyük Qayıdış" adlanan proqram artıq başlayıb. Xalqımız inanır ki, dövlətimizin başçısı İlham Əliyevin liderliyi ilə keçmiş məcburi köçkünlər ermənilərin xarabalığa çevirdikləri ərazilərdə salınan yeni müasir yaşayış məntəqələrində rahat yaşayacaqlar.

Salman ALIOĞLU,

"Respublika".