Qarabağ və Şərqi Zəngəzur: ilk mərhələdə 198 məktəb inşa ediləcək
Siyasət

Qarabağ və Şərqi Zəngəzur: ilk mərhələdə 198 məktəb inşa ediləcək

Son illər böyük tarixi hadisələrin şahidi oluruq, qürur hissi ilə deyirik ki, bu gün Azərbaycan dünyada ən sürətlə dinamik inkişaf edən dövlətlərdən biridir, ölkəmizin iqtisadi qüdrətinin artması, müstəqil siyasət yeritməsi, işğaldan azad edilən torpaqlarda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, sözün əsl mənasında, hər birimizdə iftixar yaradır.

Şanlı Qələbə, inkişaf, tərəqqi, sosial rifah, köklü islahatlar, gələcək hədəflərə inamlı addımlar Azərbaycan dövlətinin qüdrətini, gücünü, uğurlu siyasətini, qəti mövqeyini göstərir. Uzun illər boyu məcburi köçkün həyatı yaşayan insanların kədərli gözlərində indi sevinc bərq vurur, doğma yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Qələbə bu insanlara inam, ümid, xoşbəxt gələcək, işğaldan azad edilən yurd yerlərində qurub-yaratmaq həvəsi gətirib.

Qalib ölkənin ictimai-siyasi həyatı yeni, həm çox vacib bir mərhələyə qədəm qoyub. 30 ildir doğma yurdlarına həsrət qalan vətəndaşlarımız Böyük Qayıdışı səbirsizliklə gözləyirdilər. Artıq "Böyük Qayıdış"a dair I Dövlət Proqramının icrası uğurla sürətlə yerinə yetirilir. Ağalı Talış kəndinin sakinləri öz evlərinə qayıdıblar. Qeyd edək ki, təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən "Böyük Qayıdış" Proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir. Məlumdur ki, işğaldan azad edilən ərazilərimiz həm dağıntılara məruz qalıb, həm həmin yerlərdə saysız-hesabsız minalar basdırılıb. Hazırda düşmənin torpaqlarımıza basdırdığı minalar digər döyüş sursatları fədakarlıqla zərərsizləşdirilir. Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulub ki, 2026- ilədək azad edilən ərazilərdə, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər Xocalı rayonlarında 34500 mənzil fərdi yaşayış evi inşa ediləcək. Dörd il ərzində yeni müasir evlərə keçmiş məcburi köçkünlər qaytarılacaq. Bundan başqa, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər ümumi təhsil müəssisəsinin tikintisi bərpası da nəzərdə tutulur.

Artıq Qarabağ Şərqi Zəngəzurda inşa edilən təhsil ocaqlarında ilk dərs gününə səsləyən zənglər çalınır. Hazırda Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılacaq. Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin investor tərəfindən tikinti işləri sürətlə aparılır. Bundan başqa, Şuşa Real Məktəbinin bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanır, eyni zamanda tarixi binanın qorunması üçün dayaq bərkitmə işlərinə başlanılıb.

Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır tikinti işlərinə cari ilin sentyabr-oktyabr aylarında başlanılacaq. Füzuli şəhərində layihələndirilməsi tikintisi nəzərdə tutulan Füzuli Peşə Liseyinin binası yeni müasir dizayna malik olacaq. Laçın şəhər 2 nömrəli tam orta məktəb binasında bərpa-gücləndirmə əsaslı təmir işləri davam etdirilir. Yaxın günlərdə istifadəyə hazır olacaq. Düşmənin xarabalığa çevirdiyi Ağdamda 960 şagird yerlik 1 nömrəli tam orta məktəb binasının tikintisi davam etdirilir cari ilin sentyabr ayının 15- istifadəyə veriləcək. Şuşa şəhər 1 nömrəli 960 yerlik tam orta məktəbinin tikintisinə 2021-ci ilin may ayının 12- başlanılıb. Yeni məktəb bu il istifadəyə veriləcək. Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən dörd il ərzində Qarabağda Şərqi Zəngəzurda 198 məktəb məktəbəqədər müəssisə istifadəyə hazır olacaq. Qarabağa Şərqi Zəngəzura əbədi qayıtmışıq burada, tarixi torpaqlarımızda bundan sonra da əbədi yaşayacağıq. Məhz bu sarsılmaz inam məhəbbətlə Qarabağ Şərqi Zəngəzur yenidən qurulur, düşmənin ölü zonaya çevirdiyi torpaqlara yeni bir həyat qayıdır.

Salman ALIOĞLU,

"Respublika".