Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 19 % azalıb
İQTİSADİYYAT

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 19 % azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Respublika” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,4 % çoxdur.

6 aylıq xarici ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,8 % azalıb, idxal isə 29 % artıb.

Son nəticədə xarici ticarətdə 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 19,4 % azdır.